Kərbəla qəhrəmanları: İmam Əlinin (ə) sirr səhabəsi Həbib ibn Məzahir Əsədi
Mьəllif: admin1
Tarix: 3-08-2022, 10:33
Kərbəla qəhrəmanları: İmam Əlinin (ə) sirr səhabəsi Həbib ibn Məzahir Əsədi
Həbib - Məzahir ibni Əştər ibni Cəxvanın oğludur. O, Kufənin tanınmış simalarından olmuşdur. Bəni-Əsəd qəbiləsindəndir.

Kələbinin verdiyi məlumata görə Həbib – Həzrət Peyğəmbərin (s) səhabəsi olmuşdur. Tarixçilərin yazdığına görə, İmam Əlinin (ə) zamanında Kufədə yaşayırmış. O, İmam Əlinin (ə) yaxın tərəfdaşlarından olub, bütün müharibələrdə onunla bir yerdə qılınc vurmuşdu. Həbib İmama (ə) o qədər yaxın idi ki, sirr səhabələrindən sayılırdı. Yəni, Həzrətin (ə) elmindən xəbərdar idi.

Nəql edirlər: “Meysəm Təmmar öz atında keçən zaman Həbib Bəni-Əsədin məclisində idi və onu görüb qarşılamağa getdi.

Sonra Həbib dedi: “Sanki görürəm ki, başının qarşı tərəfində saçı olmayan şeyxi ki, kudu satır, Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət göstərdiyi üçün dara çəkirlər. Dar ağacında ola-ola qarnını yarırlar”.

Meysəm deyir: “Əlbəttə mən qırmızı və ağ kişini daha yaxşı tanıyıram ki, Peyğəmbər (s) qızının oğluna yardım etmək üçün gedəcək və öldürüləcəkdir. Başını Kufədə gəzdirəcəklər”.

Sonra hər ikisi bir-birindən ayrılır və məclis əhli onların ardınca deyirlər ki, nə qədər yalançı insanlardır. Çox keçmədi ki, Meysəmi Əmr ibni Həris qapısında dara çəkdilər. İmam Hüseynlə (ə) bir yerdə şəhid edilən Həbibin başını isə Kufəyə gətirdilər. Hər nə demişdilərsə, o da oldu”.

İmam Hüseyn (ə), məlun Yezidə beyət etmədiyinə görə Kufə müsəlmanları onu qorumaq üçün ora dəvət edirlər. Kufəyə dəvət üçün məktub yazanlardan biri də Həbib idi. Müslim ibn Əqil gələn zaman isə İmam Hüseynə (ə) yardım etmək üçün Kufə əhlindən beyət alır.

O zaman ki, İbn Ziyad (lən) Kufəyə gəlir və insanlara əziyyət verməyə başlayır, Bəni-Əsəd qəbiləsi onu gizlədir. İmam (ə) Kərbəlaya gələn zaman Həbib yaxın dostu Müslim ibni Övsəcə ilə bir yerdə İmamın (ə) yanına tələsirlər. Gündüz İbn Ziyadın (lən) casuslarından gizlənir və gecəni yol gedirdilər və gəlib İmama (ə) qoşuldular.

Həbib İmamın (ə) tərəfdaşlarının sayını az görüb ondan xahiş etdi ki, Bəni-Əsəd qəbiləsini yardıma çağırmağa icazə versin və İmam (ə) da ona icazə verdi. O, qəbiləsinin yanına gedir və onlardan yardım istəyir.

Onunla bir yedə 90 nəfər gəlir. Hey qəbiləsindən olan bir nəfər bu mövzunu Ömər ibn Sədə (lən) çatdırır və o məlun, 400 nəfərlik bir qoşunu bunlara qarşı göndərir. Bu dəstə Bəni-Əsəddən gələnlərlə döyüşə girir və onların çoxunu şəhid edirlər. Sağ qalanları isə gecə özlərini Hey qəbiləsinə çatdırırlar. Həbib isə İmamın yanına gəlir və olanları İmama (ə) danışır.

İmam (ə) buyurur: “Allahın istədiyindən qeyrisi olmaz. Allahdan başqa heç bir qüvvə və qüdrət yoxdur”.

Məhərrəm ayının 9-cu günündə Ömər Sədə əmr verilir ki, İmamın (ə) dəstəsinə hücum etsin. Həzrət Abbas (ə) bu xəbəri qardaşına çatdırır və İmam (ə) qardaşına buyurur ki, düşmən ordusuna getsin və nə baş verdiyini öyrənsin.

Həzrət Abbas (ə) da 20 nəfərlə bir yerdə ki, onlardan biri də Həbib idi, düşmən ordusuna tərəf gedir və onların hərəkət səbəbini soruşur. Onlar da hərəkət əmri aldıqlarını söyləyirlər.

Həzrət Abbas (ə) deyir ki, tələsməyin, mən İmamı (ə) bundan xəbərdar edim. Həzrət Abbas (ə) qardaşının yanına qayıdır və qalanlardan xahiş edir ki, orduya moizə etsinlər.

Həbib deyir: “Ey insanlar! Allaha and olsun ki, Qiyamət günü ən pis dəstə olacaqsınız. Peyğəmbər (s) övladını və ailəsini qarşılayan kəslər isə o insanlardır ki, ibadət edər, gecələri oyaq qalar, səhər tez durar və Allahı yada salarlar”.

Düşmən ordusundan olan Əzrə ibni Qeys deyir: “Nə qədər bacarırsan, özünü təriflə”.

Aşura gecəsində

Həbib Aşura gecəsi çox sevincli idi və Yəzid ibni Həsin bu sevincin səbəbini ondan soruşur. Həbib deyir: “Buradan daha çox sevinməli hara var ki? Bizim hurileynlə aramızda olan fasilə bu qəbilənin bizə hücum etməsilə və qılıncını qınından çıxartması ilədir”.

Nafə nəql edir ki, İmam Hüseyn (ə) Həzrət Zeynəbin (s.ə) çadırına gedir və mən onların söhbətini eşitdim ki, xanım İmama (ə) deyir: “Siz yoldaşlarınızın niyyətini imtahana çəkmisinizmi? Mən onların da bizə arxa çevirmələrinə görə nigaranam. Qorxuram ki, döyüş zamanı sizi düşmənə təslim etsinlər”.

İmam (ə) buyurdu: “Allaha and olsun ki, onları imtahan etmişəm. Onlar elə insanlardır ki, sinələrini qalxan ediblər. Ölümə gözlərinin ucu ilə baxırlar”.

Nafə deyir ki, mən bu sözləri eşidən zaman ağladım və Həbibin yanına getdim. Macəranı ona da danışdım. Həbib dedi: “Allaha and olsun ki, əgər İmamın (ə) əmrini gözləmiş olmasaydım, elə bu gecə bu qılıncımla onlara hücum edərdim”.

Aşura günü

Həbib İmam Hüseyn (ə) ordusunun sol tərəfinə və Zuheyr də sağ tərəfinə rəhbərlik edirdi. Əbu Səmamə namazın vaxtını İmamın (ə) yadına salan zaman İmam (ə) ona görə dua edir. Düşmən orudusundan Həsin ibni Təmim fəryad çəkir ki, bu namaz qəbul olmaz.

Bu sözləri eşidən zaman Həbib deyir: “Elə bilirsən ki, Ali-Rəsulun (ə) qıldığı namaz qəbul olmaz?! Ey uzunqulaq, səndən qəbul olmaz?”.

Həsin bu təhqirə dözə bilmir və Həbibə hücum edir. Həbib qılıncı çıxardıb atının üzünə vurur və at yerə yıxılır. At da Həsinin üzərinə yıxılır və düşmən ordusu ona yardıma tələsir. Həbiblə vuruşub ona nicat verdilər.

Həbib vuruşan zaman belə deyirdi: “Mən Həbibəm və atam Məzahirdir. Ancaq bizim daha yüksək hüccətimiz vardır. Siz öz əhdinizə xayinsiniz, ancaq biz sizdən daha vəfalı və daha səbirliyik”.

Həbib qoca olmasına baxmayaraq, 62 nəfəri yerə sərir. Budəl ibni Surim Həbibə zərbə vurur və başqa biri də ona nizə vurur. Bu zaman Həbib atdan yerə düşür.

Ayağa qalxmaq istəyən zaman Həsin onun başından qılıncla vurur və başqa biri isə başını bədənindən üzür. Həsin ona deyir: Onu öldürməkdə mən səninlə şərikəm.

Başını mənə verin ki, atımın boğazına asım və hamı bilsin ki, mən onu öldürməkdə şərikəm. Başı sonra sənə verəcəym ki, Ubeydullaha aparıb, hədiyyə alasan”.

Həbibin başını Həsin atına bağlayıb çapmağa başladı və sonra da həmin kişiyə geri qaytardı. Elə bu zaman İmam (ə) özünü Həbibin başsız bədəninə çatdırdı və «həqiqətən biz Allahınıq və həqiqətən Ona tərəf qayıdacağıq» ayəsini tez-tez təkrar etdi.

Başqa yerdə nəql edilir ki, İmam (ə) buyurur: “Ey Həbib, sənə afərin! Sən fazil bir insan idin və bir gecədə bir Quran xətm edərdin”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031