Gözəl ailəyə sahib olmağın reseptləri
Mьəllif: admin1
Tarix: 8-09-2021, 22:05
Gözəl ailəyə sahib olmağın reseptləri
İslam dininin nəzərinə görə, ailə - müqəddəs bir ocaqdır və ailənin hər bir üzvü digəri qarşısında xüsusi vəzifələrə malikdir ki, onları ən gözəl şəkidə yerinə yetirməlidir.

İslam dini ailənin gözəl əxlaq üzərində qurulmasını həmişə vurğulamışdır.

Gözəl bir ailəyə sahib olmaq üçün nə etməli?

1. Məhəbbət və güzəşt etmək.

“Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).

Bu ayənin buyurduğu kimi, gözəl bir ailə sevgi və məhəbbət üzərində qurulmalıdır. Hər iki tərəf bir-birinə sevgi göstərməli və güzəşt etməyi bacarmalıdır.

2. Bir-birinin yarı və qəm ortağı olmalı.

“Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən və onu günahdan qoruyansınız”. (“Bəqərə” 187).

Bu bənzətmədə bir çox mühüm nəqtələr vardır:

1. Paltar insanı istidən və soyuqdan qoruyar. Ərlə-arvad da gərək qəm və rahatlıqda bir-birinin qəm ortağı olsunlar.

2. Paltar insanın eyblərini gizlədər. Ərlə-arvad da gərək bir-birinin eybini gizlədə bilsinlər.

3. Paltar insanın zinəti və iftixarıdır. Həyat yoldaşı da gərək o biri üçün bu rolu oynaya bilsin.

Bəli, əgər ailədə hüsnü əxlaq olarsa, həmin ailə də gözəl olar.

Kişilərə qadınlarla bağlı tövsiyələr.

Həzrət Peyğəmbər (s) buyurur: “Əhl və əyalına xidmət etməz məgər o kəs ki, siddiq, şəhid və ya Allahın dünya və axirət xeyirini istədiyi insan olar”.

Həzrət Rəsul (s) buyurur: “Allah yanında kişinin ailəsinin yanında əyləşməsi mənim məscidimdə etikaf etməkdən daha sevimlidir”.

İmam Sadiq (ə) buyurur: “Hər kim ailəsinə yaxşılıq edərsə, Allah ömrünü uzadar”.

İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Ər xanımı ilə rabitədə üç şeydən ehtiyacsız deyildir: onunla anlaşmaq ki, onun vasitəsilə sevgi və məhəbbəti özünə cəlb edər. Onunla xoşxasiyyət olmaq və özünü onun üçün bəzəmək. Onun rifahı üçün imkanlar yaratmaq”.

Səəd ibni Məaz Peyğəmbərin (s) yaxın səhabələrindən idi və Ühüd döyüşdə şəhid olur. Həzrət Peyğəmbər (s) öz əlləri ilə onun tabitunu gətirməyə yardım etmiş və orada ən üstün mələklərin olduğuna şəhadət vermişdi. Lakin buna baxmayaraq, Səəd qəbir əzabı görmüşdü və səbəbi də Peyğəmbərin (s) buyurduğunun ziddinə olaraq, əhl və əyalına qarşı pis əxlaqlı olması idi.

Qadınlara kişilərlə bağlı tövsiyələr.

Həzrət Peyğəmbər (s) buyurur: “Qadının cihadı - yaxşı həyat yoldaşı olmaqdır”.

İmam Sadiq (ə) buyurur: “Məlundur, məlundur o qadın ki, ərini incidər və qəmgin edər. Xoşbəxtdir, xoşbəxtdir o qadın ki, ərinə hörmət edər və əziyyət verməz. Hər bir halda ona itaət edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, xanımı onu incidər, Allah o qadının nə namazını qəbul edər və nə də yaxşı işini. Baxmayaraq ki, bir ömür oruc tutsa belə. Kişi də əgər arvadını incidərsə və ona zülm edərsə, həmin günah və əzaba malikdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “O qadın ki, ərinin pis əxlaqı qarşısında səbir edər, Allah Məzahimin qızı Asiyanın savabı kimi ona savab əta edər”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930