Ailəyə xərclənən pul sədəqədən hesab edilər
Mьəllif: admin1
Tarix: 26-06-2020, 09:00
Ailəyə xərclənən pul sədəqədən hesab edilər
Qadınla kişi evlənən zaman bəşərin ən kiçik cəmiyyətinin təməli qurulmuş olar. Bu səfalı ocaq övladın dünyaya gəlişi ilə budaqlanıb böyüyər. Bu ailə ocağını qorumaq və inkişaf etdirmək böyük bir məsuliyyət istəyir.

“Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması - onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).

“Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur”. (“Əraf” 189).

İslam dininin əsas hədəfi odur ki, müsəlman həyatda dünya və axirət səadətinə çatacaq yolu düzgün seçsin və ona çatmağa çalışsın. Bu yolda ailənin böyük rolu vardır.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin ən yaxşısı o kəsdir ki, öz ailəsi üçün yaxşı olsun”.

Həzrət (s) başqa yerdə buyurur: “Hər bir (yaxşı əməl) sədəqə hesab olunur və möminin özü, ailəsi və həyat yoldaşı üçün xərclədiyi hər şey onun üçün sədəqə hesab olunar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Allah sizlərdən birinə xeyir əta edər, ilk özünüzü və ailənizi ondan bəhrələndirin”.

Həzrət Peyğəmbərin (s) İmam Əliyə (ə) ailə bağlı verdiyi tövsiyələr içərisindən oxuyuruq: “Ailəyə xidmət etmək – böyük günahların kəffarəsidir, İlahi qəzəbi yatızdırmağa səbəb olar.

Həsənələrin və dərəcələrin artmasına da səbəb olar. Ey Əli! Ailəsinə xidmət etməz, məgər o kəs ki, siddiqdir, ya şəhiddir, ya da o insandır ki, Allah onun üçün dünya və axirət xeyirini istəmişdir”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Evə daxil olan zaman salam verin, Allah bərəkətini artırar”.

Həzrət Peyğəmbər (s) müsəlmanlara tövsiyə edərdi ki, ailələri ilə pis rəftar etməsinlər ki, axirət əzabına düçar olarlar.

Həzrətin (s) yaxın səhabələrindən olan Səyid ibni Məazın hekayəsini hamımız yaxşı bilirik ki, ailəsinə qarşı kobud olduğu üçün qəbir sıxıntısı çəkir.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən pis insan ailəsinə qarşı sərt olandır. Həyat yoldaşı evə daxil olan zaman həyat yoldaşı və övladları qorxar və qaçarlar və nə zaman evdən çıxsa, həyat yoldaşı gülər”.

Ona görə də hər kim ailəsində gözəl əxlaq nümayiş etdirər, ailsinə qarşı səbirli olar, onun ehtiyaclarını aradan qaldırmaq üçün səy göstərər və bu yolda pul xərcləyər – Allah onu sədəqə hesab edər və həsənələrini, dərəcələrini yüksəldər.

Bu insan Qiyamət günü Məsumlara (ə) ən yaxın insan olar. Bu yolda səy göstərək və Həzrətin (s) buyurduqlarını həyata keçirtməyə çalışaq.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930