Subay insanlara məsləhətlər
Mьəllif: admin1
Tarix: 6-05-2020, 12:47
Subay insanlara məsləhətlər
Evlilik ailənin təməlini qoyan gözəl bir sünnətdir. Peyğəmbər (s) buyurur: “İslam dinində elə bir ocaq bərpa olmayıb ki, Allah yanında evlilik ocağından daha sevimli və əziz olsun”.

Evlilik və həyat yoldaşını düzgün seçmək - insanın kamala və səadətə çatmasına yardım edə bilən amillərdəndir. İmam Əli (ə) bu hadqa buyurur: “Peyğəmbərin (s) heç bir səhabəsi evlənmədi, məgər o halda ki, Həzrət onların evliliyindən sonra buyurdu: “İmanı kamil oldu””.

Evlilik Quran məntiqində təravətli, fədakar bir həyatın başlanğıcıdır. Qüdrətli Allah insan üçün öz növündən həyat yoldaşı xəlq etmişdir ki, onun rahatlıq mənbəyi olsun.

“Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).

Şəhid Mütəhhəri evlilik haqqında buyurur: “Elə bir dinamizm vardır ki, ancaq evlilik və ailə təşkil etməkdə tapılar. Məktəbdə tapılmaz, nəfslə cihadda tapılmaz, gecə namazında tapılmaz. Bu kamalı ancaq evlilikdə və ailə təşkil etməkdə tapmaq olar”.

İffət - əxlaqi fəzilətlərdən biridir ki, insanın təkamül etməsinə yardım edər. Lakin iffətin əks mənası olan şəhvət insanı süqut etdirər və cəmiyyəti məhvə doğru aparar.

Şəhvətin qulu o kəsdir ki, heç bir zaman azadlıq görməz. Havapərəstlik ağlı fasid edər. Ona görə də ağılı azad etmək üçün gözü məhdud etmək lazımdır. Ona görədir ki, Quran möminləri çirkin baxışlardan qadağan edir. “Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar”. (“Nur” 30).

Subaylara bəzi məsləhətlər.

1. Dua etməyi unutmayın, xüsusilə də cümə günü məğrib namazından əvvəl səcdə halında dua etməyi, məsciddə oxunan azanla iqamə arasında, gecə yarısı və səhər namazına yaxın. Allah Təala buyurur ki, hər kim Ondan bir şey istəsə, onu yerinə yetirər. Allah Təala buyurur: “Kimin sözü Allahın sözündən daha sadiqdir?”.

2. Oruc tutmaq.

3. Şəhvəti təhrik edən mənzərələrə baxmaqdan gözünü bağlamaq.

4. Pis dostdan uzaq olmaq, çünki bəzi günahların səbəbi məhz pis dostlardır.

5. Tək və işsiz qalmamaq. Tək və işsiz olan zaman ən azı zikr və ibadətlə məşğul olmaq. Ərəblərdə belə bir atalar sözü vardır: “Zaman qılınc kimidir, əgər onunla kəsməsən, o, səni kəsər”.

6. Quran oxumaq, zikr etmək və xeyir işlərdə iştirak etmək. Namaz günah və pislikdən insanı saxlayar, xüsusilə də əgər onu qəlb hüzuru ilə qılsan.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930