Mömin öz duasından 3 nəticə əldə edər
![]() İmam Səccad (ə) buyurur: “Mömin, duasından üç nəticə alar: 1. Ya onun üçün ehtiyat kimi saxlanılar. 2. Ya dünyada həyata keçər. 3. Ya da ona çatmalı olan bəla geri qayıdar”. Hər kəs 40 hədisi əzbərləyərsə... İmam Sadiq (ə) buyurur: “Bizim davamçılarımızdan hər kim 40 hədisi əzbərləyər və onlara əməl edərsə, Allah Qiyamət günü onu fəqih alim kimi məhşur edər və əzab verməz”. Mömin – elmə hərisdir. İmam Sadiq (ə) buyurur: “(Möminin) imanı yəqinlə doludur və (dini elmi öyrənməkdə) hərisdir”. Heç bir çətinlik onu namazdan saxlamaz İmam Sadiq (ə) möminin sifətləri barəsində danışan zaman buyurmuşdur: “(Mömin) məşğul olduğu və çətinlikdə olduğuna baxmayaraq, namazqılan olar”. Mömin qardaşında bu 3 sifəti görsən, ondan ümidvar ol! Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman (din) qardaşında bu üç sifəti görsən, ona ümidvar ol: həya, əmanətdarlıq və doğru danışmaq”. Bəs həqiqi mömin kimdir? Həqiqi möminin kim olması ilə bağlı İmam Sadiq (ə) buyurur: “Hadisələrdə səbirli, fitnələrdə vüqarla təkan verən və çətinliklərdə hövsələlidir”. Vilayəti qəbul etmək – möminin ən ümdə xüsusiyyətlərindəndir. İmam Əli (ə) buyurur: “Hər kim bizə çəng vurar (yəni bizdən yapışar) – nicat sahilinə çatar. Hər kim bizi tərk edər, qərq olar”. Əgər İmamın (ə.f) vilayətində sabit qalarsa... İmam Baqir (ə) buyurur: “Hər kim İmam Zamanın (ə.а) qeybi zamanı biz Əhli-Beytin (ə) ismət və təharətin vilayətinə və imanına sabit qalarsa, Allah Təala ona Bədr və Hüneyn döyüşlərinin min şəhidinin savabını əta edər”. Möminin 3 halda 3 nişanəsi. İmam Sadiq (ə) buyurur: “(Mömin) hidayət yolunda sevincli, yaxşı işlərdə davamlı, güclü elmə malik, mülayim və səbirlidir”. Behişti istəyənlər və cəhənnəmdən qaçanların rəftarı. İmam Səccad (ə) buyurur: “Hər kim behiştə muştaq olar – yaxşı işlər görməkdə tələsər. Şəhvətini ayağının altına alar. Hər kim Qiyamətin qorxulu atəşindən qorxar – Allah dərgahında tövbə edər, günahdan və pis işlərdən uzaq olar”. İnsanları bunlarla imtahana çəkin. İmam Sadiq (ə) buyurur: “İnsanların namaz və oruclarına aldanmayın. Çünki insan bəzən namaz və oruca o qədəradət edir ki, əgər onları tərk edərsə, qorxu hissi yaranar. Onları düz danışmaq və əmanətdarlıqları ilə imtahana çəkin”. /Deyerler.org/ Oxşar xəbərlər
|