İmanı gücləndirməyin 11 yolu və möminin 20 sifəti
Mьəllif: admin1
Tarix: 7-12-2021, 11:01
İmanı gücləndirməyin 11 yolu və möminin 20 sifəti
Biz insanların əksər hissəsi pak və şəxsiyyətli insan olmağı arzu edirik. Allahın bütün əmrləri qarşısında itaətkar olmaq istəyirik. Bu yolda addımlar atırıq və bu zaman özümüzdə yüngüllik və sevinc hiss edirik.

O zaman ki, əmmarə nəfslə rastlaşırıq və ona “yox” cavabını verə bilirik, bu zaman insan olduğumuzla fəxr edirik. Ancaq çox təəssüf ki, “yox” deməyimiz həmişə olmur.

Şeytan (lən) bizi vəsvəsə edir və biz yumşalmağa başlayırıq. Get-gedə ixtiyarı əldən veririk. Günahın acısı bütün ruhumuzu bürüyür.

Günah etmədiyimiz günləri xatırlayır və təəssüflənirik. Bəzən də o qədər yoruluruq ki, Allahdan yardım istəyirik. Allahdan pak qalmağımızı və şeytanın bizdən uzaq olmasını arzu edirik.

Yaxşı bilirik ki, bu büdrəmələrimizin səbəbi – imanımızın zəif olmasına görədir. İnsan gərək bu yolda səy göstərsin və zəhmət çəksin ki, səadət əhli kimi nicat qalasına qalxa bilsin.

Həzrət Peyğəmbər (s) buyurur: “Mömin dinində uca dağlardan daha sərt və yerində sabit olar. Dağları qazaraq onda nöqsan yaratmaq olar, ancaq mömindən heç nəyi azaltmaq olmaz. Çünki o, dininə qarşı simiclik edər və başqalarına verməz”.

Əgər biz də imanın bu dərəcəsinə çatmaq istəyiriksə, gərək bu qalaya qalxmaq yollarını tanıyaq və ona əməl edək.

1. Elm və yəqinlə imanı gücləndirmək. İmam Əli (ə) buyurur: “İmanınızı yəqinlə möhkəm və güclü edin”.

Yəqin dedikdə İmam (ə) sabit etiqadı nəzərdə tutur.

2. Quranı tilavət etmək. Allah Təala buyurur: “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal” 2).

3. Əhkama əməl etmək. Allah Təala buyurur: “Əgər onlara verilən nəsihətlərə əməl etsəydilər, şübhəsiz bu, onlar üçün daha yaxşı və imanın sabitliyi və ruhun güclənməsi baxımından daha möhkəm olardı”. (“Nisa” 66).

4. Mübahisəni tərk etmək. İmam Hüseyn (ə) buyurur: “Hər kim mübarizəni (mübahisəni) tərk edərsə, şübhəsiz ki, imanını möhkəm edər”.

5. Təqvaya riayət etmək. İmam Əli (ə) buyurur: “Təqva və dindarlıq – imanın sabitlik mənbəyidir”.

6. Əhli-beyti (ə) sevmək. Əmirəl-möminin (ə) buyurur: “Xoş olsun o kəsin halına ki, biz Əhli-beytin (ə) sevgisi qəlbinə nüfuz etmişdir və bu cür insanın qəlbindəki iman, Ühüd dağından daha sabit olar”.

7. Sirri gizli saxlamağa bacarmaq.

8. İnsanların eybinə göz yummaq.

9. Xoşluq və pis günlərdə səbir etmək.

10. Möminin sifətlərinə bürünmək. Həzrət Peyğəmbər (s) buyurur: “Mömində gərək 20 sifət olsun və hər kimdə hamısı olmasa imanı kamil olmaz:

- namaz cərgəsində hazır olar;

- zəkatı verən zaman tələsər;

- yoxsullara yemək verər;

- yetimin başına lütf əlini çəkər;

- dırnaqlarını pakizə edər;

- kəmərini bağlayar;

- əgər hədis danışarsa, yalan deməz;

- əgər vədə verərsə, vəfa edər;

- əmanət qouyalarsa, xəyanət etməz;

- danışarsa, düz danışar;

- gecəni Allahpərəst olar;

- gündüzü döyüş insanı olar;

- gündüzü oruc olar;

- gecəni oyaq qalar və ibadət edər;

- qonşusunu incitməz;

- qonşusu ondan əziyyət görməz;

- yer üzündə sakit yeriyər;

- məscidə tərəf addım atar;

- dul qadınlara (yardım üçün onların) evinə gedər;

- qəbiristanlığı ziyarət edər.

Allah bizi və sizi təqvalılardan etsin”.

11. Allahdan yardım istəmək. Məsum İmamlarımız (ə) kimi biz də dualarımızda Allahdan imanımızı gücləndirmək üçün yardım istəyək.
Allah Təala bizləri imanı güclülərdən qərar versin!



Deyerler.org
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031