Möminin hansı əlamətləri var?
Mьəllif: admin1
Tarix: 19-05-2018, 22:07
Möminin hansı əlamətləri var?
İmam Səccad (ə) buyurub: «Mömin salamat olmaq üçün sükut edir və faydalanmaq üçün danışır».

İmam Sadiq (ə) buyurub: «Mömin yaxşı və xərci-zəhməti az olan bir yardımçıdır. Yaşayışını yaxşı idarə edir və bir dəlikdən iki dəfə sancılmır».

İmam Sadiq (ə) buyurub: «Mömin dində qüvvətli, yumşaqlıqda uzaqgörəndir. İmanı yəqinliklədir. (Dini) başa düşməyə həris, doğru yolu getməkdə şövqlüdür... İşlərinin və çətinliklərinin olmasına baxmayaraq, namazını tərk etmir».

İmam Sadiq (ə) buyurub: «Mömin o kəsdir ki, gəliri halal və pak, əxlaqı gözəl, batini sağlam və düz olsun, malının artığını (ehtiyacı olanlara) paylasın və çox danışmaqdan çəkinsin».

Möminin möhkəmliyinin vəsfində İmam Baqir (ə) buyurub: «Mömin dağdan da möhkəmdir. Dağdan bir şey azalar, amma möminin dinindən bir şey azalmaz».

Bu mövzuda İmam Sadiq (ə) buyurub: «Mömin dəmir parçasından da möhkəmdir. Dəmir parçası oda qoyulanda dəyişir, amma mömin dəfələrlə öldürülsə də, qəlbində dəyişiklik yaranmır».

Digər yerdə möminin qorxmazlığı barədə İmam Sadiq (ə) buyurub: «Mömin o kəsdir ki, hər bir şey ondan qorxur. Çünki o, Allahın dinində qüdrətli və izzət sahibidir, heç nədən qorxmur və bu, onun nişanəsidir».

Hər şeyin möminin qarşısında təzim etməsi barədə İmam Sadiq (ə) buyurub: «Hər şey – hətta yerin həşərat, sürünən və yırtıcıları və göyün quşları möminin qarşısında təslimdirlər».

Həqiqi möminlər azdırlar. İmam Əli (ə) bu barədə buyurub: “Allah yer üzünü insanların ehtiyaclarından xəbərdar olan və nicat, qurtuluş yolunda elm öyrənən kəsdən boş qoymayıb. Əlbəttə, onların sayı azdır. Allah bunu (keçmiş) peyğəmbərlərin ümmətlərinin içində aydınlaşdırıb və onları gələcək nəsillər üçün nümunə edib. Məsələn, Nuhun qövmü barəsində: «Onunla birlikdə çox az adam iman gətirdi»”.

İmam Sadiq (ə) buyurub: «Mömin qadın mömin kişidən, mömin kişi isə qırmızı kükürddən də az tapılandır. Sizlərdən hansınız qırmızı kükürddən görmüsünüz?!».

Möminin əlamətləri barədə İmam Səccad (ə) buyurub: «Möminin beş əlaməti var:

- xəlvət və təklikdə olanda pəhrizkar olmaq,

- yoxsulluq zamanı sədəqə vermək,

- bəlalar müqabilində səbirlilik,

- qəzəblənəndə həlimlik,

- və qorxulu olmasına baxmayaraq, doğruçuluq».

İmam Sadiq (ə) «Möminin mömin olması nə ilə bilinir?» sualının cavabında buyurmuşdur: «Allah qarşısında təslim olması və düçar olduğu sevinc və kədərlə razılaşması ilə».

Möminlərin ən yaxşısı kimdir? İmam Əli (ə) bu barədə buyurub: «Möminlərin ən yaxşısı – can, ailə və malını (Allah yolunda) daha çox təqdim edəndir».

İmam Əli (ə) buyurub: «Möminlərdən o şəxsin imanı daha üstündür ki, verdiyi və aldığı, qəzəb və sevinci Allaha görədir».

Möminin izzəti nədədir? İmam Cavad (ə) bu barədə buyurur: “Möminin şəxsiyyət və izzəti – ehtiyacsızlığında və başqalarının malına tamah göstərməməkdədir”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930