Müsəlman gərək möminə qarşı da, fasiqə qarşı da əmanətdar olsun
Mьəllif: admin1
Tarix: 2-01-2023, 11:29
Müsəlman gərək möminə qarşı da, fasiqə qarşı da əmanətdar olsun
Allah Təala Quranda əmanətə riayət etməyi möminlərin sifətlərindən hesab edir və buyurur: “Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər”. (“Muminun” 8).

Əmirəl-möminin (ə) buyurur: “Nə zaman Allah bəndəsini sevər, əmanətdarlığı onun məhbubu edər”. (Erfan)

Əmanətdarlıq əməlinin fərdi və ictimai fəzilətləri ilə tanış olaq:

1. İlahi lütfdən bəhrələnmək. Əmanətdarlıq Allah tərəfindən verilmiş hissdir ki, əgər bəndə onun sevər və yerinə yetirərsə, Onun razılığına səbəb olar.

İmam Sadiq (ə) buyurur: “O zamana qədər ki, insanlar üç əməli yerinə yetirirlər, davamlı olaraq İlahi rəhmətdədirlər:

1. Bir-birinə məhəbbət edərlər.

2. Əmanətdar olarlar.

3. Əməl və rəftarları haqq və həqiqətə uyğun olar”.

İshaq ibni Əmmar nəql edir ki, İmam Sadiq (ə) bizə həmişə iki sifəti tövsiyə edərdi: düz danışmağı və yaxşı əməl sahibinə də, pis əməl sahibinə də müansibətdə əmanətdarlığa riayət etmək.

2. Dostluq davamlı olar. Əmanətdarlıq – küdurət və bədbinliyin qarşısını alan əməllərdəndir. Hər kimdə bu sifət olarsa, onunla dostluq davamlı olar. Çünki hər bir halda vəzifəsinə əməl edəcəkdir.

3. Sədaqət və paklığın yayılması. Əmanətdarlıq əməli fərddə və cəmiyyətdə paklığı yayar və sadaqəti inkişaf etdirər. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman qardaşında üç sifət görsən, ona ümidvar ol: həya, əmanət və doğruluq. Əgər bu sifətlər olmasa, ona ümid bəsləmə”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930