Həzrət Adəmlə (ə) görüşən altı nəfər
![]() Həzrət Adəm (ə) üçün bu mənzərə qeyri-adi idi. Onlardan istəyir ki, özlərini tanıtsınlar. Əvvəl sağ tərəfində əyləşənlərə nəzər salır və onlardan birindən soruşur: Sən kimsən? Deyir: Mən ağılam. Adəm: Sənin yerin haradadır? Deyir: Mənim yerim insan beynində və düşüncəsindədir. Həzrət Adəm (ə) o biri ağ paltarlıdan soruşur ki, sən kimsən? Deyir: Mən məhəbbətəm. Adəm: Sənin yerin haradadır? Deyir: Mənim yerim insanların qəlbindədir. Adəm (ə) üçüncüdən soruşur ki, sən kimsən? Deyir: Mən həyayam. Adəm: Sənin yerin haradadır? Deyir: Mənim yerim insanın gözündədir. Adəm (ə) üzünü qara paltar geyinənlərdən birinə tutur və deyir ki, sən kimsən? Deyir: Mən təkəbbür və lovğalığam. Adəm: Sənin yerin haradadır? Deyir: Mənim yerim insanın beynində və düşüncəsindədir. Adəm: Məgər ağıl orada qərar tutmurmu? Deyir: O zaman ki, mən orada qərar tutaram, ağıl qaçar. Adəm (ə) ikincisindən soruşur ki, sən kimsən? Deyir: Mən həsədəm. Adəm: Sənin yerin haradadır? Deyir: Mənim yerim insanların qəlbindədir. Adəm: Məgər məhəbbət orada qərar tutmurmu? Deyir: O zaman ki, mən orada yer alaram, məhəbbət oradan çıxar. Adəm (ə) üçüncüdən soruşur ki, sən kimsən? Deyir: Mən tamaham. Adəm: Yerin haradadır? Deyir: Mənim yerim insanların gözündədir. Adəm: Məgər həya orada qərar tutmurmu? Deyir: O zaman ki, mən orada yer alaram, həya gedər. Bu yolla Həzrət Adəm (ə) dərk edir ki, təkəbbür və lovğalıq – ağlın, həsəd – məhəbbətin, tamah isə həyanın düşmənidir. /Deyerler.org/ Oxşar xəbərlər
|