Beytul-məmur və Kəbə Evi
Müəllif: Admin
Tarix: 11-08-2019, 23:46
Beytul-məmur və Kəbə Evi
Hədislərimizdə oxuyuruq ki, yerdə olan Kəbə evinin səmada da bənzəri vardır. O, Beytul-məmur adlanır və İlahi ərşin qarşısında yerləşir. Xüsusi mələklər bu evi inşa etmişdilər.

Məqsəd o olmuşdur ki, bəzi mələklər insanlığın xəlq olması ilə bağlı öz etirazlarını dilə gətirmişdilər.

Onlar bu narazılıqlara görə öz peşmançılıqlarını bildirmək və bu qəflətdən xilas olmaq üçün həmin evin ətrafında təvaf edərlər ki, Allah onları bağışlasın. Bu əməllə öz naqis əməllərini aradan qaldıra bilsinlər.

Kəbə evinin inşa edilməsində də məqsəd bu olmuşdur. İnsanlar öz nöqsan və qüsurlarından xilas olmaq və paklanmaq üçün bu əməli yerinə yetirər və Kəbə evinin ətrafında təvaf edərlər. Ümid edərlər ki, Allah onların günahlarını bağışlayar və onların naqis əməllərini aradan qaldırar.

Ona görə də hər kim həcc əməlini yerinə yetirər, özünü tanıyar, Allahına qarşı mərifət əldə edər və qəflətdən ayılar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031