Kəbə evinin üzərində hansı ayələr həkk olunub?
Mьəllif: admin1
Tarix: 9-02-2017, 16:06
Kəbə evinin üzərində hansı ayələr həkk olunub?
Kəbə evinin üzərindəki parça ildə bir dəfə dəyişdirilir. Bu pərdənin tikilib hazırlanması üçün xüsusi sex və onlarla işçi cəlb olunur. Pərdənin dəyişmə mərasimi isə adətən həcc mərasimindən öncə Kəbə evinin xüsusi İran gülabı ilə yuyulmasından sonra həyata keçirilir.

Bu pərdənin üzərinə bir sıra ayələrin işlənməsi və toxunması xüsusi zəhmət tələb edir. Bəs bu pərdənin üzərinə hansı ayələr toxunub?

Kəbənin pərdəsinin birinci hissəsi: Bəqərə - 144, Ali-İmran – 133 və Nur - 35

“(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.”

“Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.”

“Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən xaliqdir”

Pərdənin ikinci hissəsi: Bəqərə - 255 (Ayətul-Kusiyy) və Fəth - 27

“Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!”

“And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşallah, əmin-amanlıqla, (bəziniz) başınızı qırxdırmış, (bəziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir. (Doğrudan da, Muhəmməd əleyhissəlam hicrətin yeddinci ilində əshabəsi ilə birlikdə Məkkəyə ümrə ziyarətinə getdi və ziyarətdən əvvəl Xeybəri fəth etdi. Buna görə də bir işə girişməzdən əvvəl mütləq 'inşallah' demək lazımdır!)”

Üçüncü hissə: Zumər - 53

Dördüncü hissə: Qureyş surəsi və ətrafında isə Həmd surəsi və onun arasında da “Allah Rəbbi”, “Allahu Həsbi” zikrləri


Kəbənin qapı tərəfi;
Birinci parça: Bəqərə - 125,
İkinci hissə: Bəqərə 125-in davamı
Üçüncü hissə: Bəqərə - 127
Dördüncü hissə: Bəqərə - 128 və tövhid surəsi

Hicri-İsmail olan tərəf;
Birinci hissə: Bəqərə - 197
İkinci hissə: Bəqərə - 197-in davamı
Üçüncü hissə: Bəqərə -198
Dördüncü hissə: Bəqərə - 198, 199, Hicr-49, Bəqərə - 186

Kəbə evinin Rükni-Yəmani olan tərəfi;
Birinci hissə: Ali-İmran -95
İkinci hissə: Ali-İmran - 96
Üçüncü hissə: Ali-İmran - 97
Dördüncü hissə: Ali-İmran -97, Həcc -32, Taha – 82,

Kəbə evinin son tərəfi (Müstəcar tərəfi)
Birinci hissə: Həcc - 26
İkinci hissə: Həcc – 27
Üçüncü hissə: Həcc – 28
Dördüncü hissə: Həcc – 28 və 29, Əhzab - 47, Nisa - 110



/İslaminSesi.info/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930