Yezidin ən böyük cinayətlərindən sayılan Kəbə evinin yandırıldığı gün - 26 Məhərrəm
Mьəllif: admin1
Tarix: 17-10-2017, 21:17
Yezidin ən böyük cinayətlərindən sayılan Kəbə evinin yandırıldığı gün - 26 Məhərrəm
Bu gün məhərrəm ayının 26- sı hicri 63-cü ildə Məkkə şəhərinin Yezidə məxsus Şam xilafətinin əskərləri tərəfindən mühasirəyə alınması və mancanaqlarla Kəbə evini daş atəşinə tutduğu gündür. Şam xilafəti ona görə deyirik ki, Allah Rəsulunun (s) vəfatından 50 il keçməmiş o Həzrətin (s) ailəsinə, övladlarına divan tutuldu. İslamın bütün dəyərləri ayaqlar altına alındı. Hətta Peyğəmbər (s) nəvələrini Şamda qul kimi satmağa belə təşəbbüs etdilər.

İmam Hüseynin (ə) Kərbəlada şəhadətindən sonra müsəlmanlar arasında çaxnaşmalar düşdü. Peyğəmbər (s) övladlarının şəhadəti bütün müsəlmanları çaşdırdı. Şəhər və bölgələrdə etirazlar artmağa başladı. İmam Hüseynin (ə) və Xanım Zeynəbin (s) rəşadəti Əməvi iqtidarını silkələməyə başlamışdı.

Əməvi azğınlıqlarına etiraz edən şəhərlərdən biri də Məkkə idi. Bu qiyama Abdullah ibn Zübeyr başçılıq edirdi. Bu səbəbdən məlun Yezid öz qoşununu Husayn ibn Təmirin rəhbərliyi altında Məkkəyə doğru göndərdi. Hicri 63-cü il məhərrəm ayının 26-da Yezid qoşunları Məkkəni mühasirəyə aldı və gətirdiyləri mancanaqlarla əhalini daş “yağışına” tütdu. Əhalinin Kəbə evini əmin bilib ora sığınmasını görən İbn Təmir Kəbəni hədəf almağı əmr etdı.

Yezid ordusu bu rüsvayçılıq əməlləri ilə heç bir şey əldə edə bilmədi və nəhayət Yezid məlunun qəfil ölümü ilə İbn Təmim ordunu geri çəkib Şama geri apardı.

Y.Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930