Quran işığında: Təqib edənlər…
![]() Firon öz qoşunu ilə onların ardınca getdi. Dərya onları bürüdü və bütünlüklə qərq etdi. Firon öz qövmünü azdırdı və doğru yola aparmadı. Ayələrin mesajı: – Peyğəmbərlərin hərəkəti və mübarizə üsulu ilahi vəhyə əsaslanır. – Qürbətdə izzət vətəndə zillətdən üstündür. – Əgər çirkin mühiti dəyişə bilmiriksə, heç olmasa həmin mühitdən uzaqlaşaq. – Peyğəmbərlərin göndərilməsində məqsədlərdən biri insanları zalım hakimlərin şərindən qurtarmaqdır. – Zalıma qarşı ilk addım onun ətrafını boşaltmaqdır. – Allah məhrumların yardımçısıdır. – Xalqın hidayət və idarəçiliyi ilahi rəhbərlərin vəzifəsidir. – Musanın möcüzəsi cəmiyyəti elə silkələdi ki, Firon özü onları təqib etməyə məcbur oldu. – Dərya da təbiətin bir hissəsi olaraq Allahın qəhrinə və ya mehrinə tabedir. – Cəmiyyət rəhbərlərinin və hakimlərin xalqın hansı yolu tutmasında mühüm rolu var. – Azğın şüarları cavabsız qoymayaq. Firon öz əməl və rəftarlarına görə lazımınca cavab aldı. O nəinki xalqı doğru yola çəkmədi, əksinə azğınlığa sürüklədi. Nur təfsiri, Taha surəsi, ayə 78,79 Oxşar xəbərlər
|