İBADƏTİN ƏSASLARI
Mьəllif: admin1
Tarix: 6-05-2023, 11:32
İBADƏTİN ƏSASLARI
Quranda ibadətə aid ayələrin əksəri insanları ibadətə yox, ibadətdə tövhidə çağırır.

İnsanı Allaha pərəstişə vadar edən işləri sadalayaq:

1. Allahın əzəməti
İnsan özündən asılı olmayaraq ilahi əzəmət qarşısında xüzu və kiçiklik hiss edir. Necə ki, böyük şəxsiyyətlərin və ya alimlərin yanında özünü kiçik sayır, ona təzim edir.

2. Fəqirlik və asılılıq hissi
İnsan təbiətən asılı və ya ehtiyaclı olduğu kəsin qarşısında təvazökar olur. Bizim vücudumuz Allahın iradəsinə bağlıdır və bütün işlərdə Ona ehtiyaclıyıq.

Bu acizlik və ehtiyac hissi insanı Allaha pərəstişə aparır. O Allaha ki, kamil və ehtiyacsızdır! Bəzi hədislərdə bildirilir ki, əgər fəqirlik, xəstəlik və ölüm olmasaydı, bəziləri Allah qarşısında heç zaman boyun əyməzdilər.

3. Nemətlərə diqqət
İnsan daim nemətlərdən bəhrələnərək, sitayiş edir. Allahın saysız nemətlərini yada salmaq Allahı düşünmək və ibadət üçün güclü amil ola bilər.

Məsum imamların münacatlarında adətən öncə (hətta insanın təvəllüdündən əvvəl) Allahın nemətləri yada salınır. Bu yolla insan Allaha məhəbbətini dirildir, sonra isə ehtiyaclarını Ondan istəyir.

Allah-təala buyurur: "Bu evin Rəbbinə ibadət etsinlər! Bir Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.” (Qureyş surəsi, ayə 4.) Başqa bir ayədə buyurulur ki, sizi yaratdığı üçün Allahınıza bəndəlik edin.

4. Fitrət
Pərəstiş insan vücudunun bir hissəsi və onun fitri istəyidir. İnsan fitrətində olan pərəstiş ruhu bəzən düzgün yolunu tapır və insan Allaha pərəstiş edir. Bəzən isə cahillik və azğınlıq səbəbindən insan daşa, taxtaya, günəşə, inəyə, pula, maşına, qadına və tağutlara pərəstiş edir.

Peyğəmbərlərin gəlişi pərəstiş hissi yaratmaq üçün deyil. Onların besəti bu fitri meylin düzgün yola hidayət olunması üçündür.

Həzrət Əli (ə) buyurur: "Allah Məhəmmədi (s) haqq olaraq göndərdi ki, bəndələrini bütpərəstlikdən allahpərəstliyə dəvət etsin.” (Nəhcül-bəlağə, 147-ci xütbə.)

Quranda ibadətə aid ayələrin əksəri insanları ibadətə yox, ibadətdə tövhidə çağırır. Çünki hər bir uşaqda yeməyə meyl olduğu kimi, insanda da ibadət ruhu mövcuddur. Lakin insan hidayət olunmasa yemək əvəzinə torpaq yeyib, ləzzət alasıdır!

Əgər peyğəmbərlərin rəhbərliyi olmasaydı bu meyl azğın yola istiqamətlənər və Allah əvəzinə yalançı məbudlara pərəstiş olunardı. Necə ki, həzrət Musanın (ə) yoxluğunda və 40 günlük qeyb dövründə xalq Samirinin hiyləsi ilə onun qızıl buzovuna pərəstiş etdi.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031