İBLİS FİRONA HANSI DƏRSİ VERDİ?
Mьəllif: admin1
Tarix: 7-12-2018, 10:45
İBLİS FİRONA HANSI DƏRSİ VERDİ?

Firon tanrılıq idiasında idi. İstirahət edirdi və qarşısına da üzümlə dolu bir qab qoymuşdular.

Həmin üzümdən götürür və ağzına qoyurdu. Bu zaman bir kişi qarşısında zahir olur. Firon onu tanımırdı və görməmişdi. Belə bir insan hansı cürətlə saraya icazəsiz daxil olmuşdu?! Əlini üzümdən çəkib soruşdu: “Sən kimsən və bura necə gəlmisən?”.

Kişi zəhmli bir səslə deyir: “Şeytanam, şeytan!”.

Fironu titrəmə tutur və qarşısında olan üzüm qabını arxaya çəkib, əli ilə bədənini saxlamağa çalışır. Bu yolla bədəninin titrədiyini gizlətmək istəyirdi. Ancaq dodaqları titrəyir və rəngi də ağarmışdı.

Şeytan yüksək səslə gülür və deyir: “Sən qorxursan?”.

Firon çox çətinliklə cavab verir: “Bəli, çünki səni gözləmirdim”. Sonra şeytanın üzünə baxmadan soruşur: “Mənim yanıma niyə gəlmisən?”.

Şeytan əlini üzüm qabına uzadır və bir gilə üzüm götürür. Fironun gözü qarşısında tutub, soruşur: “Görəsən kimsə bu üzüm giləsini mirvariyə çevirə bilərmi?”.

Firon cavab verdi: “Yox, heç kimsə”.

Şeytan öz cadusu ilə üzüm giləsini mirvariyə çevirir. Bu səhnəni görən Firon deyir: “Afərin olsun, sənin kimi müəllimə və sənin məharətinə!”

Şeytan mirvarini üzüm olan qaba atıb, həmin əli ilə Firona möhkəm bir sillə vurur. Silləsi o qədər ağır olur ki, Fironun başı yerə əyilir və dodaqları torpağa dəyir.

Sonra yenə də yüksək səslə gülməyə başlayır və deyir: “Ey biçarə! Məni ki, bu güclə görürsən, Allah dərgahından qovulmuşam. Bəndəliyə qəbul olmamışam. Sən bu axmaqlığınla necə Allahlıq iddiasında olursan?!”.

Firon soruşur: “Niyə Adəmə (ə) səcdə etmədin ki, Allah dərgahından qovulmayasan və lənətlənmiş olmayasan?”.

Şeytan cavab verdi: “Çünki adəm övladı arasında sənin kimilər var idi”.

Firon soruşur: “Yer üzərində səndən və məndən də pisləri varmı?”

Şeytan cavab verdi: “Paxıl insan məndən və səndən də pisdir. Çünki paxıllıq yaxşı əməlləri yeyər. Necə ki, od çırpını yeyir və yandırır”.


Hazırladı: Məşhədi Xanım,
/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031