İmam Səccad (ə) - həqiqəti dirçəldən İlahi hüccət
Mьəllif: admin1
Tarix: 26-02-2023, 12:22
İmam Səccad (ə) - həqiqəti dirçəldən İlahi hüccət
Kərbəla müsibətlərindən sonra qəm və qüssə içində olan bir mübarək insan nə zaman ki, su görərdi, əzizlərini xatırlayıb, ağlayardı. Ətrafındakıları qorxurdu ki, bu qəm-qüssəyə görə ona bir şey olacaqdır.

Bəs bu mübarək insan kim idi?

Bu mübarək şəxs - İmam Səccaddır (ə). O, 38-ci hicri ilində dünyaya gəlmişdi, İmam Həsənin (ə) imamətliyinin son ilində 12 yaşlı yeniyetmə idi. Aşura hadisəsində isə atasının imamətliyinin 11 ilini dərk etmişdi. O, 23 yaşında İmam (ə) olur. 57 yaşında isə şəhid olur və bu dünyadan köçür.

İmamın (ə) gileyli sözlərindən onun dövründəki ağır vəziyyəti başa düşmək olur. O, buyururdu: “Məkkə və Mədinədə bizi sevən 20 nəfər yoxdur”.

İmam (ə) bu sözləri o zaman demişdi ki, oğlu İmam Baqirin (ə) dərslərinə çox sayda insan axışırdı. Onlar elm və mərifətə çox böyük maraq göstərirdilər.

İmamın (ə) 34 illik imamətliyi dövründə etdiyi çalışmaların nəticəsində cəmiyyətdə belə dəyişikliklər baş vermişdi. İmamın (ə), dövrünün rəhmsiz hakimləri ilə münasibəti, dəqiq təşkilatçılıq, onun xalqla rəftarı - bunların hamısı elə çalışmalar idi ki, sonradan İmam Baqir (ə) və İmam Sadiq (ə) bu mübarək fəaliyyətin bəhrəsini topladılar.

Həzrətin (ə) İbni Ziyadın və Yezidin məclisində söylədiyi sərt xütbəsi zalım hakimlərin özündə belə dəyişiklik yaratdı. Özündən hədislər qoşaraq onların zülmünü təsdiq edən alimlə İmamın (ə) görüşü - onun İslam dinindəki mühüm rolundan xəbər verirdi.

İmam (ə) öz tövsiyələrini dualar vasitəsilə dövrünün Əhli-beyt (ə) davamçılarına çatdırırdı. Onları zalımların sarayından uzaq olmağa dəvət edir və havayi-nəfslərinin ardınca getməkdən çəkindirirdi. İnsanları zalım hakimiyyətə qarşı çıxmağa və İmama (ə) itaət etməyə dəvət edirdi.

İmamın (ə) cəmiyyətdəki ab-havanı düzəltmək üçün etdiyi cəhdlər, İslam ruhunu dirçəltmək üçün etdiyi səylər çox əhəmiyyətli idi.

İmam Səccadın (ə) bu dövrdəki ən böyük rolu o idi ki, İslamın əsl təfəkkürünü, yəni tövhidi, nübuvvəti, insanın mənəvi məqamını, insanın Allahla rabitəsini cəmiyyətdə yayırdı. O insanlar ki, dindarlıqdan uzaq düşmüşdülər, maddiiyyata qərq olmuşdular, İslam maarifini eşitməyə ehtiyac duyurdular.

Həzrət Peyğəmbərin (s) vəfatından sonra İslam hakimiyyəti elə insanların əlinə düşmüşdü ki, dindən xəbərləri yox idi. Xüsusilə də Müaviyyənin (lən) dövründə və sonra.

Hakimlərin fəsadı birinci alimlərə dəyirdi və sonra da insanlara sirayət edirdi. Dinin, imanın təlimi və Quran təfisiri qadağan edildiyi üçün insanlar etiqad və iman cəhətdən puç və boş idilər. İnsanların başı o qədər dünya işlərinə məşğul olmuşdu ki, mənəviyyat və Allahla dərin rabitəni zehnlərindən itirmişdilər.

Dəhşət burasında idi ki, hicri 50-110-cu illərdə ən məşhur müğənnilər, əyyaşlar Məkkə və Mədinədə idi. O dövrünün şairlərinin şeirlərini oxuyan zaman bunu aydın görmək olur.

Bu cür şairlərdən biri də Ömər ibni Əbi Rəbiyə idi və onun ölüm xəbəri Mədinəyə çatanda ümumi matəm keçirirlər. İnsanlar onun üçün göz yaşı tökürdülər.

İmam Səccad (ə) bu cür cəmiyyəti hidayət etmək üçün çox tədbirli davranır və moizə və duadan istifadə edir. Yavaş-yavaş cəmiyyətdə mənəviyyat ruhunu dirçəldir.

İnsanlara moizə edərək və onların yadına axirətlərini salaraq, insanları ayıltmağa çalışırdı. Bu dövrdə İmamın (ə) irsi olan “Səhifeyi-Səccadiyə”, “Münacati xumsi əşərə”, “Risaleyi-hüquq” kitabları insanları mənəviyyata dəvət edən kitablar sırasındadır.

İmam (ə) həm dua və həm də moizə yolu ilə insanları düz yola hidayət edir və onları İmam Baqirin (ə) dövrünə hazırlayırdı. Bəli, İmam Səccad (ə) həqiqəti dirçəldən İmam (ə) idi.


(Deyerler)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031