Göz yaşı axıdaraq səcdə edənlər
Mьəllif: admin1
Tarix: 3-06-2023, 10:11
Göz yaşı axıdaraq səcdə edənlər
İbadətin gözəl xüsusiyyətlərindən biri də onun kövrək qəlblə, xüşu, təvazö halında qılınmasıdır.

Həzrət Peyğəmbərin (s), məsum imamların (ə) və övliyaların ibadətlərinə nəzər saldıqda onların titrəyiş, göz yaşları içində namaz qılmalarının, münacat etmələrinin şahidi oluruq.

Belə ki, alınlarını səcdəyə qoyub, uzun-uzadı “İlahi əl-əfv, İlahi əl-əfv” deyə Rəhman və Rəhim Allahdan bağışlanmalarını diləyirlər. Qurani-kərim belə şəxslər haqqında buyurur:

“Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir.

Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmayıl, İshaq, Yəqub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yəqubun nəslindən olan peyğəmbərlərdəndir]”. (“Məryəm”, 58.)

Ayədən məlum olur ki, övliyalar Allahın nişanələrinə diqqət yetirib, acizliklərini duyur və ixtiyarsız olaraq səcdəyə düşüb, göz yaşı axıdırlar.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930