Həzrət Məryəm (s.ə) və Həzrət Zəhranın (s.ə) timsalında ixlaslı ibadətin zirvəsi
Mьəllif: admin1
Tarix: 18-04-2020, 11:58
Həzrət Məryəm (s.ə) və Həzrət Zəhranın (s.ə) timsalında ixlaslı ibadətin zirvəsi

İlahi ibadəti övliyalardan öyrənmək lazımdır. Bu övliyalar arasında xüsusi yeri iki aləm seyyidəsi Həzrət Fatimə (s.ə) və Həzrət Məryəm (s.ə) tutur.

Qurani-Kərim Həzrət Məryəm (s.ə) haqqında çox sayda ayə nazil etmişdir. Anası bu uşağı hələ rəhmində olan zaman Allaha nəzir etmişdi. Güman edirdi ki, oğlandır.

Ancaq o zaman ki, uşaq dünyaya gəlir, onun qız olduğunu görür, təəccübləndiyi üçün onu Məryəm adlandırır. Allaha pənah aparır. Allah da Məryəmi qəbul edir və İlahi lütfün sayəsində Zəkəriyya (ə) peyğəmbər ona tərbiyəçi olur.

“Beləliklə, Rəbbi onu gözəl (şəkildə) qəbul etdi və bir yaxşı tərzdə yetişdirdi və onun (tərbiyəsinin) məsuliyyətini (xalasının əri) Zəkəriyyaya tapşırdı”. (“Ali-İmran” 37).

Qurani-Kərim bizlərə bəyan edir ki, ibadətlə ruzi arasında rabitə vardır. Buyurur ki, Zəkəriyya (ə) nə zaman Məryəmin (s.ə) yanına gəlsə idi, onun yanında ruzi görərdi. “Zəkəriyya hər dəfə mehraba onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdi”. (“Ali-İmran” 37).

Ona görə də deyə bilərik ki, əgər ibadət düzgün yerinə yetirilərsə, ruzini çox edər. İnsana İlahi lütf yetişər.

Həzrət Fatimə (s.ə) bizim dövrümüzdə edilən ibadətlər üçün başqa bir nümunədir. O, rifaha malik olmadığı şəraitdə və körpə uşaqlarına baxmayaraq, İlahi ibadətə aşiq idi. Mübarək ayaqları namaz qılmaqdan şişirdi.

İmam Baqir (ə) nəql edir ki, bir gün Peyğəmbər (s) Salmanı qızının evinə göndərir. Salman nəql edir: “Qapı ilə üzbəüz dayanmışdım və salam verdim. Eşitdim ki, Həzrət Fatimə (s.ə) Quran oxuyur və bu zaman əl dəyirmanı da öz-özünə fırlanır. Halbuki, onun yanında heç kəs yox idi”.

Salman bu əhvalatı Peyğəmbərə (s) danışır və Həzrət (s) təbəssüm edərək buyurur: “Qızım Fatimə (s.ə) qəlbini və batini qüvvəsini imanla doldurmuşdir. Öz varlığında Allaha ibadət üçün xüsusi yer qərar vermişdir. Allah bir mələyi xəlq edir ki, onun üçün dəyirmanı fırlatsın. Allah onu dünya və axirət həyatında himayə edir”.

İlahi ibadət hər bir insan üçün mühüm iş olmalıdır. Çoxlu məşğuliyyətlərə baxmayaraq, gərək tərk olunmasın. Hətta əgər ibadətdəki niyyətimiz İlahi nemətdən bəhrələnmək olmazsa belə, Allah heç bir ibadətimizi əcrsiz buraxmaz.

Allah Təala sevir ki, biz ibadət edən zaman qəlb hüzuruna malik olaq. Yəni, ibadət zamanı bütün fikir və diqqətimiz ancaq Allahda olsun. Bu cür ibadət axirət savabları ilə yanaşı, dünyamıza da təsir göstərər.

Hər kimin nə qədər vəzifəsi və məşğuliyyəti olursa-olsun, Allaha ibadət üçün mütləq vaxt ayırmalıdır. Bu zaman bütün zehnini əlavə fikirlərdən təmizləməlidir.

İlahi ibadət insan həyatına şadlıq və sevinc gətirər. Əgər onu düzgün yerinə yetirə bilsək, fikir tərzimiz və bizə çatan İlahi nemətlər dəyişər. Həzrət Zəhranın (s.ə) çəkdiyi əziyyətləri görərək, biz də səbir əhlindən olarıq. Həyat düyünlərimiz ehtimal vermədiyimiz bir yerdən açılar.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930