Dəstəmazı batil edənlər
Mьəllif: admin1
Tarix: 14-05-2022, 23:20
Dəstəmazı batil edənlər
Dəstəmazı batil edənlər

Dəstəmazı batil edən şeylər “dəstəmazı batiledicilər” adlanır və aşağıdakılardır:

1. Sidiyin xaric olması. 2. Ğaitin xarıc olması. 3. Bağırsaq yelinin xaric olması. 4. Yuxuya getmək. 5. Ağılı aradan aparanlar;dəli olmaq, bihuş olmaq və məst olmaq kimi. 6. Qadınlara xas olan istihazə. 7. Qüslə səbəb olanlar; cənabət, heyz və məssi meyit (meyitə toxunmaq) kimi.

Dəstəmazın batilediciləri baş verdikdə həddi-büluğ olmayan uşaq da (həddi-büluğa çatmış şəxs kimi) mühdis olur, yəni dəstəmazı pozulur.

Dəstəmazın hökmləri

Əgər bir şəxs namaz qıldıqdan sonra dəstəmazının batil olduğunu və elə də namaz qıldığını bilə, namazı batildir və yenidən dəstəmaz alıb namaz qılmalıdır necə ki, dəstəmaz şərt olan bütün əməllər üçün dəstəmaz almalıdır.

Əgər bir şəxs dəstəmazın işlərində və şərtlərində çox şəkk edirsə, məsələn, suyun pak olub olmamasında ya qəsb olub olmamasında şəkk edirsə, gərək şəkkinə etina etməsin.

Bir şəxs dəstəmaz alıb almamağında şəkk edərsə, əgər bu şəkk namazdan qabaqdırsa, dəstəmaz almalıdır, habelə əgər namazın arasındadırsa namazını kəsməli və dəstəmaz almalı namazını yeniləməlidir, amma əgər namazdan sonra şəkk edərsə, qıldığı namaz səhihdir, lakin başqa namazlar (sonradan qılacağı namazlar) üçün dəstəmaz almalıdır.

Dəstəmazının batil olmasında şəkk edən şəxs (yəni şəkk edir ki, aldığı dəstəmaz sonradan batil olub ya yox) dəstəmazını batil olmamış bilməlidir (özünü dəstəmazlı hesab etməlidir).

Dəstəmazının səhih olmasında şəkk edən şəxs (yəni şəkk edə ki, dəstəmazını düzgün alıb ya yox), əgər dəstəmazı səhih almaq ehtimalını verirsə və dəstəmaz alarkən dəstəmazın səhih olmasında lazım olan şərtlərə diqqəti olubdursa, şəkkinə etina etməməlidir (və özünü dəstəmazlı hesab etməlidir).

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031