Quranın "sən də, onlar da ölüdür" ayəsində məqsəd nədir?
Mьəllif: admin1
Tarix: 10-05-2018, 11:04
Quranın "sən də, onlar da ölüdür" ayəsində məqsəd nədir?
Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır. (İsra-82)

Qurani-Kərim əsasən insanın rəbbi barədə maariflənməsi, dini-əxlaqı, şəri məsələlərə agahlıq əldə etməsi, hətta müxtəlif tarixi hadislərə bilik əldə etməsi üçün bir ilahi kitabdır.

Quran qəlblərə nur saçan bir mənəviyyat xəzinəsidir. İnsan Quran oxuduqda elm və mərifət əldə etməklə yanaşı qəlbində paklıq və nuraniyyət hasil olur.

Bütün bunlarla yanaşı Qurani Kərimdə izaha ehtiyacı olan ayələr vardır. Bu ayələrdən biri də "Zümər" surəsinin 30-cu ayəsidir ki, ayədə "Sən də, onlarda ölüsünüz" deyə buyrulur. Ayədə qəsd edilən məna barəsində "Hawzahnews.com" agentliyi Seyyid Ayətullah Sistatinin dəftərxanasına elektron sual ünvanlayıb.

Sual:

Zümər surəsində zikr olunan "Sən də, onlar da ölüsünüz" ayəsində nə qəsd edilir?
إِنَّكَ مَيِّتٌ وَإِنَّهُمْ مَيِّتُونَ


Cavab:

""Qeyd olunan Quran ayəsi peyğəmbərə (s) və insanlara öləcəksiniz deyə buyurur. Bu ayə özündən sonra gələn ayənin sanki "ön sözüdür". Çünkü davamında gələn ayədə buyrulur:

"Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz."

Ayədə ey peyğəmbər (s) sən də, sənin ümmətin və ya müşrüklər də meyyitdir deyə zikr olunur. Bu o deməkdir ki, sənin də, onların da son aqibəti ölümdür kimi tərcümə olunmalıdır. Çünki davamında qeyd olunan ayədə rəbbinizin hüzurunda hazır olduğunuz zaman bir-birinizlə mübahisə edəcəksiniz deyə zikr olunur.""


(İslaminSesi)
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031