Qurani Kərimdə 50 000 - ə bərabər olan günün mənası
Mьəllif: admin1
Tarix: 9-02-2022, 17:21
Qurani Kərimdə 50 000 - ə bərabər olan günün mənası
Qurani Kərim bizim bilmədiyəmiz sirr və hikmətlə dolu bir kitabdır.

Elə ayələr vardır ki, onların zahiri mənası anlaşılmaz, yaxud da ki, insan dərrakəsindən uzaqdır.

Bu kimi ayələri təfsir etmək üçün yalnız Peyğəmbər (s) və İmam (ə) kəliməsinə müraciət etmək lazımdır.

Qeyd etdiyimiz Məaric surəsinin 4-cü ayəsində buyurulmuş 50 000 -ə bərabər gün kəliməsinin mənası və miqdarı barəsində verilmiş suala Ayətullah Məkarim Şirazi belə cavab verir:

“ Bismilləhir-rəhmanir-rəhim.

4- Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar.

5- (Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə səbr et!

6- Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar).

7- Biz isə onu yaxın görürük (ona inanırıq).

Ayə Allahın əzabını tələb edənlərin dünya əzabından danışdıqdan sonra, o gün gələcək günahkarların dirilməsi və cəzalandırılması haqqında müzakirələrə daxil olunur.

Buyurulur: “Mələk və ruh qalxarlar”. Bu qalxmada məqsəd cismani yox ruhani qalxmaqdır. Yəni onlar Allahın əmrini almaq üçün tələsərlər. Yəni onlar Allaha yaxın olmaq üçün Onun əmrinin icrasına tələsərlər.

Necəki, Haqqə (17) də buyurulur: “Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq”.

Ayədə gələn 50 000 kəliməsinə gəlincə görünən budur ki, bu hesablama dünya illərinə görə olacaq. Həmçinin başqa bir yerdə Səcdə surəsinin 5-ci ayəsində varid olub ki :

“O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr”.

Bu ayədə isə 1000 göstəriləməsinin heç bir ziddiyəti yoxdur. Bu hədislərdə olanlarla belə uyğun gəlir ki, hədislərdə deyilir: Qiyamətin 50 dayanacağı vardır və hər birinin uzunluğu 1000 ilə bərabərdir.

Hətta bəziləri ehtimal verir ki, bu ayədəki 50 000 il mənası çoxluq, uzunluq mənasındadır. Nəinki sayılı gün mənasındadır.

Hər halda bu ayə günahkarların, zalimlərin barəsindədir. Beləki bu ayənin nazil olma vaxtı Allah Rəsulundan (s) o günün uzunluğu nə qədərdir? Deyə soruşdular.

O Həzrət (s) buyurdu: Muhəmmədin (s) canı əlində olan Allaha and olsun. O gün mömin üçün asan olacaq. Elə asan olacaq ki, hətta iki rəkətli namaz qədər olacaq. “ (Ayətullah Məkarim Şirazi)

Həmçinin İmam Sadiqdən (ə) varid olmuş hədisdə buyurulur: “Qiyamət günü insanın əməllərinin hesabı üçün 50 dayanacaq vardır. Bu dayanacaqdakı vaxt 1000 ildir ki, cəmisi 50 000 ilə bərabərdir”

(Bihar. C- 7. S-126)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930