Allah Rəsulunun (ə) mağara əhvalatı Qurani Kərimdə
Mьəllif: admin1
Tarix: 23-11-2017, 12:26
Allah Rəsulunun (ə) mağara əhvalatı Qurani Kərimdə
Rəbiul-əvvəl ayının 4-ü üç gün mağarada qalan Peyğəmbərin (s) oranı tərk edib Mədinəyə tərəf yola düşdüyü gündür.
İslaminSesi.info- Bu gün hicri təqvimi ilə rəbiul-əvvəl ayının dördüdür. Bu ayın birində Məkkəni tərk edən peyğəmbər 3 gün “Sur” mağarasında gizlənir. Həzrətin (s) gizlənmə səbəbi Məkkə müşrüklərinin göndərdiyi bir dəstə silahlı təhlükəsi idi. Hz. Əlinin (ə) peyğəmbərin (s) yatağında uzanması ilə onların başını qatır, bu müddətdə peyğəmbər (s) Məkkədən xeyli uzaqlaşır. Lakin bunu başa düşən müşrüklər peyğəmbəri (s) təqib etməyə başlayırlar.
Mağarada 3 gün qalan peyğəmbər (s) bu gün, təhlükə keçdikdən sonra Mədinəyə doğru yola düşür.

Ayətullah Məkarim Şirazi bu əhvalatı bu şəkildə bəyan edir:

“ Peyğəmbər (s) Allahın izni ilə Məkkə müşrüklərinin hiyləsindən xəbərdar oldu və Məkkədən Mədinəyə hicrət etdi. Peyğəmbər (s) təqib edənlərdən yayınmaq üçün Mədinədən əks istiqamətdə olan “Sur” mağarasına tərəf getdi və 3 gün orda gizləndi. Bu səfərdə Əbu Bəkr də peyğəmbərlə (s) birgə idi. Nəticədə peyğəmbəri (s) ələ keçirə bilməyən kafirlər məyus halda geri döndülər.

Tövbə surəsinin 40-cı ayəsində bu həssas məsələyə işarə edilərək buyurulur:

“(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar.”

Sonra ayənin davamında buyurulur: “O zaman ki kafirlər onu (Məkkədən) çıxartdılar” təbii ki kafirlərin məqsədi o Həzrəti (s) öldürmək idi, lakin nəticədə şəhəri tərklə sonlandığı üçün bu cür nisbət verilib.

Ayədə “İki nəfərdən ikincisi (şəhərdən) çıxarıldığı” kimi vurğulanır, bu da o deməkdir ki, canı təhlükədə olan və şəhərdən çıxarılan yalnız peyğəmbər idi, yanındakı yoldaşı isə Əbu Bəkrdir.

Ayənin davamında: “hər ikisi mağarada olduğu və öz yoldaşına (Əbu Bəkrə): 'Qəm yemə, Allah bizimlədir!' –dediyi zaman” - bu səfərin təhlükəli və xətərli olmasına və peyğəmbərin (s) yanındakı yoldaşına ürək-dirək verməsinə işarədir.

Davamında buyurulur: “O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş”- bu qeybi ordudan məqsəd mümkündür ki, mələklər olsun və onlar peyğəmbəri qorusun. Necəki Bədr və Hüneyndə mələklərin yardım etməsinə işarə olunur.

Və buyurulur: “kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!” - Onun hikməti ilə, Peyğəmbərinə zəfər yollarını göstərilər və Onun gücünü ilə peyğəmbərinə kömək edilər.”

Üç gün mağarada qalan Allah Rəsulu (s) bu gün oranı tərk edib Mədinə istiqamətində yola düşdü.


Y.Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930