“İki şərqin və iki qərbin rəbbi Odur!” – Təfsir
Mьəllif: admin1
Tarix: 24-04-2023, 23:05
“İki şərqin və iki qərbin rəbbi Odur!” – Təfsir
Qurani Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur.

Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.

Qurani Kərimdə ifadələr və işarələr vardır ki, onları anlamaq insan üçün çox çətindir. Bu səbəbdən bu kimi mətləblər elmin və zamanın ixtiyarına qoyulur. Bu kimi ayələrdən biri də “İki gün çıxanın və iki gün batanın rəbbi Odur!” ayəsidir. (Ər-Rəhman. 17)

Mərhum ustad Şəhid Mütəhhəri ayənin təfsirində yazır:

""Məşriq və məğrib anlayışı Quranda bir neçə şəkildə bəyan edilib. Məsələn: məşriq və məğrib kimi, iki məşriq və iki məğrib kimi, yaxud məşriqlər və məğriblər kimi:

“Şərq də, Qərb də Allahındır.” (Bəqərə 115)

“İki məşriqin və iki məğribin Rəbbi Odur.” (Ər-Rəhman. 17)

“Məşriqlərin rəbbi...” (Saffat-5)

Bu mətləblər məşriq və məğrib barədə suallar doğurur. Bu barədə müxtəlif sözlər deyilib.

-Bəziləri deyir ki, qeyd olunan bu məşriqlər və məğriblər yalnız yerə aid deyil. Əksinə günəşin üzərində doğduğu bütün cismlərə aiddir. Günəş yalnız yer üzərində doğub-batmadığı üçün bunu bütün digər yerlərə (planetlərə) və cismlərə aid etmək olar.

-Bəziləri isə qeyd edir ki, bu mətləb (məşriqlər və məğriblər) yalnız yerə aiddir. Belə ki, ilin günləri ərzində günəş hər gün yeni bir nöqtədən (məşriqdən) çıxır və yeni bir məğribdə batır. Günlərin uzun və qısalığı da buna sübutdur.

Əgər düşünsək ki, günəş və ya yer dairəvi hərəkət edir, fəsillər yaranır, məsələn üzümüzü qiş fəslinə tutsaq yerin meyl edərək yetişdiyi son nöqtəilə, yay fəslində yetişdiyi son nöqtə arasında fərq vardır.

Pik nöqtəyə yetişən yer (günəş ətrafında) dövr edərək öz xətti üzrə geri qayıdır (yerin günəş ətrafında illik hərəkəti zamanı yeni məşriqlər və məğriblər yaranır).

Həmçinin bununla paralel yer öz ətrafında dör edərək hər gün yeni məntəqədə çıxıb-batır. Bunlar məşriqləri və məğribləri yaradır.

Bəs elə isə iki məşriq və iki məğrib hansı mənadadır?

Qeyd etdik ki, günəşin şimalda və cənubda son görünmə həddləri vardır (İllki xətt üzrə qışda yerin yetişə biləcəyi ən son nöqtədə günəşin doğması və yayda yerin ən son yetişə biləcəyi nöqtədə günəşin doğması ).

Məğrib də (günün batması) bu cürdür. Quran bu iki hədd arasında olan hərəkətə işarə edərək ilahi nemətlərə işarə edir və bu nemətləri sayır.

Çünki bu iki pik nöqtə arasında olan nizamlı hərəkət olmazsa yerdə nizam pozular. Daima qiş və ya daima yay olsayı olmazdı. Yer və günəş daima bu iki məşriqlə iki məğrib arasında nizamlı hərəkətdədirlər:

İki məşriqin və iki məğribin Rəbbi (günəşin yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! (Ər-Rəhman 17-18)""

(Ustad Şəhid Mütəhhəri. Aşinaye ba Quran cild 6)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031