Dağların hərəkət etməsi
Mьəllif: admin1
Tarix: 2-03-2020, 11:00
Dağların hərəkət etməsi
Bir Quran ayəsində dağların göründükləri kimi sabit olmaması, davamlı hərəkət etməsi belə bildirilir:

«Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçən kimi keçib gedərlər…» (Nəml, 27/88).

Dağların bu hərəkəti üzərində dayandıqları Yer qabığının hərəkətindən meydana gəlir. Yer qabığı özündən daha çox qalın olan mantiya təbəqəsinin üstündə sanki üzür.

İlk dəfə XX əsrin əvvəllərində Alfred Veqner adlı alman alimi Yer kürəsindəki qitələrin dünyanın yaradıldığı ilkin dövrdə bir yerdə olduqlarını, onların sonradan ayrılaraq müxtəlif istiqamətlərə doğru uzlaşdıqlarını iddia etmişdi.

Ancaq geoloqlar Veqnerin iddiasının doğruluğunu onun ölümündən yalnız 50 il sonra, yəni 1980-ci illərdə başa düşə bildilər.


Veqner 1915-ci ildə dərc olunan bir məqaləsində qeyd edirdi kimi, Yer kürəsinin quru hissələri təxminən 500 milyon il əvvəl bir-birinə bitişik idilər. Pangeya deyilən bu böyük quru hissəsi Cənub qütbündə yerləşirdi.

Təxminən 180 milyon il əvvəl Pangeya iki yerə ayrılıb. Müxtəlif istiqamətlərə ayrılan bu iki nəhəng qitədən birincisi özündə Afrika, Avstraliya, Antarktika və Hindistanı ehtiva edən Qondrana idi. İkincisi isə Avropa, Şimali Amerika və Hindistan istisna olmaqla Asiyadan ibarət Lavrasiya idi.

Bu bölünmədən sonra təxminən 150 milyon il ərzində Qondrana və Lavrasiya müxtəlif dövrlərdə daha kiçik hissələrə ayrıldılar.

Pangeyanın hissələrə bölünməsi ilə ortaya çıxan bu qitələr quru və dəniz arasında ildə bir neçə santimetrlik uzaqlaşmalarla Yer üzərində bir-birindən davamlı olaraq uzaqşırlar.

Yer qabığının XX əsrin əvvəllərində aparılmış geoloji tədqiqatlar nəticəsində kəşf edilən bu hərəkəti elmi əsərlərdə belə izah edilir: Yer qabığı və yuxarı mantiyadan meydana gələn 100 km qalınlığındakı Yerin üst qatı «təbəqə» deyilən hissələrdən təşkil edilmişdir.

Dünyanın səthini təşkil edən 6 böyük təbəqə və saysız-hesabsız kiçik təbəqələr mövcuddur. «Təbəqə tetonogiyası» deyilən nəzəriyyəyə görə, bu təbəqələr qitələri və okean tabanını da özü ilə apararaq dünya üzərində hərəkət edir…

Qitələrin hərəkətinin ildə 1-5 sm arasında olması dəqiq şəkildə hesablanıb. Təbəqələr bu cür hərəkət etdikcə dünyanın coğrafiyasında da dəyişikliklər meydana gəlir. Məsələn, Atlantik okeanı hər il bir az genişlənir.

Burada qeyd edilməsi vacib olan bir məsələ də budur: Allah dağların hərəkət etdiyini ayədə «keçib getmə» olaraq bildirib. Həmçinin alimlərin bu gün bu hərəkəti ifadə etmək üçün ingilis dilində işlətdiyi «shteştutefd vkşae» kəlməsinin də tərcüməsi «qitələrin sürüşməsi»dir.

Qitələrin bir-birindən ayrılması Quranın göndərildiyi dövrdə müşahidə edilə bilməyən bir məsələdir. Allah ayədə bildirilən «dağlara baxıb onları donmuş zənn edərsən» ifadəsi ilə insanların bu məsələni necə dəyərləndirdiyini əvvəlcədən xəbər verib. Ancaq ayənin davamı ilə bir həqiqəti də açıqlayıb və dağların buludların keçdiyi kimi keçib getdiyini xəbər verib.

Göründüyü kimi, ayədə dağların yerləşdiyi təbəqənin hərəkət etməsinə aydın şəkildə diqqət yetirilir. Elmin yeni kəşf etdiyi bu həqiqətin Quranda bildirilməsi şübhəsiz ki, Quranın möcüzələrindən biridir.

GÜNƏŞİN DOĞMASINDAKI VƏ BATMASINDAKI MÜXTƏLİF MƏSƏLƏLƏR

«Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, biz həqiqətən qadirik» («Məaric», 70/40).

«O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin də Rəbbi Odur» («Saffat», 37/5).

«İki məşriqin və iki məğribin Rəbbi Odur» («Rəhman», 55/17).

Bu ayələrdən də göründüyü kimi, «şərq» və «qərb» kəlmələri Quranda cəm halında işlədilmişdir. Məsələn, yuxarıdakı ilk ayədə «məşariq» kəlməsi şərq üçün, «məğarib» kələməsi də qərb üçün ikidən çox olduqlarını ifadə edən cəm şəklindədir. Axırıncı ayədə isə «məşriqeyn» iki şərq, «məğribeyn» iki qərb şəklində işlədilmişdir.

Ayələrdə işlədilən «məşariq» və «məğarib» kəlmələri «Günəşin doğduğu və batdığı yer» mənalarına da gəlir. Dolayısı ilə yuxarıdakı ayələrdə Günəşin çıxmasının və batmasının müxtəlif yönlərindən bəhs edilir. Bundan başqa ilk ayədə şərqlərin və qərblərin Rəbbi olaraq and içilməsi də çox diqqətəlayiq bir məsələdir.

Bəlli olduğu kimi, Yerin fırlanma oxunun öz orbitindəki hərəkəti 23 dərəcə 27 mailliyə malikdir. Həm bu mailliyə görə, həm də dünya ellips şəklində olduğu üçün Günəş şüaları Yer kürəsinə həmişə eyni bucaq altında düşmür.

Buna görə də ekvatordan uzaqda olan bir nəfər – Günəş şüaları həmin bölgəyə müxtəlif bucaq altında çatdığı üçün – Günəşin şərqdə fərqli nöqtələrdə çıxdığını, qərbdə isə müxtəlif istiqamətlərdə batdığı müşahidə edər.

Bu insan ekvatordan nə qədər uzaqda olsa da Günəşin çıxması və batması üçün çoxlu müxtəlif istiqamətlər təyin edəcək. Ancaq ekvatordakı adam Günəş şüaları həmişə həmin bölgəyə düz bucaq altında düşdüyü üçün Günəşin həmişə tam şərqdən çıxdığını və tam qərbdən batdığını görəcək.

Ərəbistan yarımadasının ekvatordan elə də çox uzaqda yerləşmədiyini nəzərə alsaq, burada müşahidə aparmaqla belə bir nəticə gəlməyin mümkün olmaması aydınlaşar.

Çünki bu bölgədəki hər bir adam Günəşin həmişə eyni istiqamətdə çıxmasının, eyni istiqamətdə də batmasının şahidi olur. Yuxarıdakı ayələrdə şərq və qərblə bağlı qeyd edilən ifadələr Günəşin müxtəlif istiqamətlərdən çıxmasına və fərqli yerlərdə batmasına işarə də ola bilər (ən doğrusunu Allah bilir).


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031