4000 şagirdi, 400 sual-cavab kitabı olan Cəfəri məktəbinin banisi
Mьəllif: admin1
Tarix: 16-05-2023, 10:12
4000 şagirdi, 400 sual-cavab kitabı olan Cəfəri məktəbinin banisi

İmam Sadiq (ə) hər birimiz üçün bir müəllimdir və öz ibrətli nəsihətləri və tövsiyələri ilə bizləri haqq yoluna hər zaman hidayət edir.

İmam Sadiqin (ə) dövründə din o qədər bidətlərlə dolmuşdu ki, həqiqi din nurunu ancaq Məsumların (ə) yanında tapmaq mümkün olurdu.

Məsumlar (ə) da bacardıqları qədər və dövrün hökm etdiyi qanun və qaydalara uyğun şəkildə dini təbliğ edir və həqiqət nurunu insanlara çatdırırdılar.

İmam Sadiqin (ə) dövründə dinin həqiqətlərini aşkar etmək üçün münasib fürsətlər yaranmışdı. İmam (ə) da bu fürsəti dəyərləndirib Cəfəri məktəbinin vasitəsilə həqiqi maarifi insanlara çatdırırdı.

Uzaq diyarlardan Həzrətin (ə) yanına elm öyrənmək üçün gəlirdilər. İmam (ə) onların hamısı ilə çox mehriban və sevgi ilə rəftar edirdi. Onları öz sonsuz elmi ilə sirab edərdi.

İmamın (ə) çox sayda tələbəsi və səhabələri var idi və onlardan bir çoxu zülmətləri yarır və həqiqi nuru insanlara çatdırırdılar. İraqdan, Hicazdan, İran və Suriyadan 4 minə yaxın tələbəsi var idi.

Hafiz Əbulabbas ibni Uqdə nəql edir: "Şagirdləri təxminən 4 min nəfər idilər. Ondan soruşulan suallar əsasında tərtib olunan kitabların sayı 400-dür”.

Şeyx Müfid deyir: "Həzrətin (ə) elmi o qədər geniş idi ki, onu əldə etmək üçün karvanlar yola düzələrdi. Başqa ölkələrdə yayılardı”.

Malik ibni Ənəs (ə) Həzrətin şagirdlərindən idi və o, nəql edir: "Mən davamlı olaraq Cəfər ibn Muhəmmədi (ə) görürdüm ki, çox xoş söhbət, təbəssüm əhli idi. Nə zaman Peyğəmbərin (s) adını onun yanında çəksəydilər, əzəmətindən rəngi dəyişərdi. O yerə qədər ki, onu tanıyanlar bu halda onu tanımazdılar.

Mən bir müddət onun yanına gedib-gəldim. Onu bu üç haldan qeyrisində görmədim: ya namaz qılardı, ya qiyam halında idi, ya da Quran qiraət edərdi.

Görmədim ki, Peyğəmbərdən (s) hədis desin, məgər pak halda. Faydasız olmayan mövzulardan danışmazdı. O, alim, zahid və abid idi ki, Allahdan qorxardı.

Mən onunla həcci yerinə yetirmişəm. Ehrama çatanda hər nə qədər "Ləbbeyk” demək istədi, səsi boğazında ilişib qaldı. Az qaldı dəvəsindən yerə yıxılsın.

Dedim: "Yabnə Rəsulallah! Çarəsiz gərək deyəsiniz”.

Buyurdu: "Necə cürət edib "Ləbbeyk”i diləmə gətirim ki, qorxuram Allah cavabında deyər: "Lə Ləbbeyk!””.

Bir gün İmam (ə) məscidə daxil olan zaman Kufənin qazilərdən olan İbni Əbi Ləyli yanına gəlir.

İmam (ə) ona buyurur: "Sən İbni Əbi Ləylisən?”.

Dedi: "Bəli”.

Buyurdu: "Birinin malını alıb başqasına verirsən, ərlə arvadı bir-birindən ayırırsan və bu əməlində heç kəsdən qorxmursan?

Qorxmursan ki, bir gün yerlə göy qədər gümüş gətirsinlər və Peyğəmbər (s) əlindən tutub və Allahın yanında saxlasın və buyursun: "Ey mənim Allahım! Bu yer və göy o şeylərdir ki, İbni Əbi Ləyli onların haqqında mənim hökmünün əksinə olaraq hökm vermişdir”?!”.

Bu zaman Əbi Ləylinin üzü zəfəran kimi saraldı. Məsciddən o halda xaric oldu ki, Peyğəmbər (s) övladından İlahi qorxu almışdı. Bir gün ondan soruşurlar ki, heç olub ki, sən öz rəyindən kiminsə fitvasına görə qayıdasan?

Deyir: "Yox, məgər bir kişinin rəyi ilə və o, da Cəfər ibn Muhəmməddir (ə)”. Qeyd edək ki, bu qazi Bəni-Abbas hökimətinə qulluq edirdi və Həzrətin (ə) qatı düşmənlərindən idi.


/Deyerler/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031