Mütəxəssislər Quranda 1400 il öncə verilən xəbəri indi təsdiq etdilər
Mьəllif: admin1
Tarix: 3-03-2018, 10:05
Mütəxəssislər Quranda 1400 il öncə verilən xəbəri indi təsdiq etdilər
Qurani-Kərimin gələcəkdən verdiyi xəbərlər içərisində günəşin qaralması və ölməsi hadisəsi də mövcuddur. Quran buyurur ki, günəş ölən zaman Qiyamət başlayacaqdır.

Bu gün mütəxəssislər Quranın bu nəzərini tədqiq etməyə başlamış və üzərində araşdırmalar aparmışdılar. Onlar bu qənaətə gəlib çıxıblar ki, Quranın verdiyi xəbər aydındır və elə bir zaman gələcəkdir ki, günəş böyük bir atəş kürəsinə çevriləcəkdir və bütün planetləri özünə tərəf cəzb edib məhv edəcəkdir. Ondan sonra isə kiçilib sönəcəkdir. Onların nəzərinə görə, günəşin ömrünün bitməsinə 6 və ya 7 milyard il qalmışdır.

Halbuki, bu xəbəri Quran 1400 il əvvəl vermiş və buyurmuşdur: “Və günəşlə Ayın (nurun yox olmasında, yaxud Yerə və ya kainata yaxınlıqda) birləşəcəyi zaman”. (“Qiyamət” 9).

“Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər), Ulduzlar qaralıb (yerə)töküləcəyi zaman”. (“Təkvir” 1-2).

Təfsirçilərin nəzərinə görə, bu ayənin mənası odur ki, ya hər ikisi şərqdə doğacaq və qərbdə batacaqdır, ya da hər ikisi bir-birinin kənarında qərar tutacaqdır.

Təfsirçilərdən biri belə yazır: “Ayla günəşin cəm olması bəlkə də o deməkdir ki, cazibə və dəf qüvvəsinin aradan getməsi nəticəsində ay günəşə tərəf cəzb olacaqdır”.

Mütəxəssislərin nəzərinə görə, günəş get-gedə öz nurunu itirəcək və nazikləşəcəkdir. Ondan sonra isə sönəcəkdir. Hal-hazırda da onun çəkisinin müəyyən qədər azalması müşahidə olunur.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930