Hətta şeytan (lən) da bu insanı bəyənməz
Müəllif: Admin
Tarix: 24-03-2018, 21:54
Hətta şeytan (lən) da bu insanı bəyənməz
Qeybət və böhtan – dinimizin ən çox pislədiyi iyrənc xislətlərdəndir.

Məfzəl nəql edir ki, İmam Sadiq (ə) buyurur: “Əgər kimsə mömin barəsində bir mövzunu danışar ki, onun vasitəsilə abrını aparar və heysiyyətini ləkəyər və insanların gözündən düşər – Allah Təala onu Öz dostluğunun və vilayətinin sərhədlərindən çıxardar.

Onu şeytanın dostluq və vilayətinə daxil edər və şeytan da onu xoş qarşılamaz”. (Yəni, hətta şeytan belə onun əməlini bəyənməz).

Digər yerdə İmam Sadiq (ə) buyurub: «Ey şiə camaatı! Bizim abrımızın qorunmasına səbəb olun, bədnam olmağımıza bais olmayın. İnsanlara yaxşı sözlər deyin. Dillərinizi saxlayın, onları boş, mənasız və pis sözlər danışmaqdan çəkindirin».

İmam Əlidən (ə) nəql edilən hədisdə böhtan, həyasızlığın nişanəsi kimi təqdim edilir: «Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur».

Eyni zamanda, qeybət və böhtanın bumeranq effekti də var. Qeybət edən adam, bir gün özü böhtan ünvanı olmaq perspektivi ilə üz-üzədir. İmam Səccad (ə) buyurub: «Kim camaatda olan eyb barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər».

Böhtanın təsiri ilə bağlı xəbərdarlıqda İmam Sadiq (ə) buyurmuşdur: «Günahsız adama böhtan atmaq – möhkəm dağlardan da ağırdır».

Müsəlmanların heysiyyatını qorumağın savabı barədə isə nəql edilir ki, Allahın Peyğəmbəri (s) buyurub: «Kim öz qardaşının abır-həyasını qoruyarsa, bu əməli onunla cəhənnəm odu arasında pərdə olar».

Digər hədisdə Rəsuli-Əkrəm (s) buyurub: «Kim öz qardaşının abır-həyasını qoruyarsa, şübhəsiz ki, cənnət ona vacib olar».

Allahın Peyğəmbəri (s) yenə buyurur: «Merac gecəsi öz üzlərini dırnaqları ilə cıran bir dəstə camaat gördüm. Soruşdum: «Ey Cəbrayıl! Bunlar kimlərdir?». Dedi: «Bunlar camaatın qeybətini edən və abırlarını tökənlərdir».

Ümumiyyətlə, Allah verən dili pis işlərdə işlətmək – münafiqliyin əlamətlərindən biri kimi göstərilmişdir. İmam Sadiq (ə) buyurub: «Söyüş söymək, dili pis olmaq və vəhşilik – nifaqdandır (onun nişanələrindəndir)».

Digər hədisdə pisdilli insanın acı aqibətinə işarə edilir. İmam Sadiq (ə) buyurub: «Camaat kimin dilindən qorxarsa, o, alovda olar».

Allah Təala bizləri dilini bəd sözlərdən qoruyanlardan qərar versin, inşəallah!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031