QEYBƏT VƏ BÖHTAN
Mьəllif: admin1
Tarix: 25-08-2017, 10:56
QEYBƏT VƏ BÖHTAN
Başqalarının haqqında deyilən pis söz doğru olsa qeybət, yalan olsa böhtandır. Həm qeybət, həm də böhtan böyük günahlar sırasındadır.
Sözsüz ki, insan məsum, günahsız deyil. Amma insanların bir çox günahı cəmiyyətdən gizli qalır. Allah-təala bu eyiblərin üstündən pərdə çəkərək, insanların birliyi üçün şərait yaratmışdır. Allah-təalanın bir adı da «səttarul-uyub», yəni «günahların, eyiblərin üstünə pərdə çəkəndir. Əgər bu pərdə bir an götürülərsə insanlar özlərinin və özgələrin eyiblərindən dəhşətə gələrək tərki-dünya olarlar. İkinci bir tərəfdən, gizli günah edən insan üçün geri qayıtmaq daha asandır. Cəmiyyət içində xar olmuş insan bəzən günahlarını daha da artırıb, həya pərdələrini yırtır. Qeybət gizli nöqsanları aşkarlayır, cəmiyyətin ehtiyaclı olduğu qarşılıqlı inam hissinə zərbə vurur.
«Hucurat» surəsinin 12-ci ayəsində buyurulur: «Bir-birinizin qeybətini etməyin.» Müsəlmanın qeybəti onun meyitini yemək kimidir.
Qeybət doğru söz olduğu halda İslam Peyğəmbəri (s) «qeybət zinadan pisdir»-deyə buyurur. Böhtan isə yalan, iftiradır. Qeybət bu qədər ciddi məzəmmət olunmuşdursa, böhtanın çirkinliyi haqqında danışmağa dəyməz. Böhtançı yaxşıya pis, ağa qara, möminə münafiq, iffətli qadına əxlaqsız deməkdən çəkinmir. Allahın göndərdiyi Peyğəmbərə şair, sehirbaz deyən böhtançıların imanı vardırmı? «Nəhl» surəsinin 105-ci ayəsində buyurulur: «Böhtançının imanı yoxdur».
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930