İnsan gərək cəhənnəm itlərinin yeməyindən uzaq dursun
Mьəllif: admin1
Tarix: 12-06-2022, 09:12
İnsan gərək cəhənnəm itlərinin yeməyindən uzaq dursun

Qurani-Kərimdə buyurulur: “Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır”. (“Hucurat” 12).

Bu ayədə əxlaq rəzilliklərindən birinə işarə edilmişdir. Bu, qeybət etmək və başqalarının eybini axtarmaqdır. Bu əməl o qədər çirkindir ki, Allah onu meyitin ətini yeməyə bənzətmişdir.

Belə ki, ölmüş bir bədənə hücum etmək - həqiqətən də çox çirkin və xəcalətverici bir əməldir. Xüsusilə də əgər bu meyit insanın öz qardaşıdırsa. Əslində qeybət edən və ona qulaq asan şəxs müdafiəsiz bir insana hücum edər və onunu abırını aradan apararlar.

Allah Təala bu ayədə dörd bənzətmə etmişdir:

1. Din qardaşı qan qardaşı kimidir.

2. Abır və heysiyyəti əti kimidir.

3. Onun arxasınca danışmaq abırını aparar və onun ətini yeməyə bərabərdir.

4. O, həmin məclisdə hazır olmadığı üçün bu hücumdan agah olmaz və özünü müdafiə edə bilməz. Sanki ölmüş bədənə hücum edərlər.

Ona görə də İmam Əli (ə) buyurur: “İnsanların arxasından qeybət etmək və pis danışmaq - aciz insanın son səyidir”.

Bəs qeybət etməyin səbəbləri nədir?

Qeybət etməyin səbəblərindən biri də həsəddir. Çünki onun tutduğu mövqe həmin şəxsi narahat edər və bu yolla onu həmin mövqedən aşağı salmağa çalışar.

İmam Sadiq (ə) Məfzəl ibni Ömərə buyurur: “Müsəlmanlardan hər kim eyb axtarmaq və abırı aparmaq üçün söz nəql edərsə ki, onu insanların gözündə xar etsin, Allah onu Öz vilayətindən xaric edər və şeytanı ona hakim edər”.

Bəzən də qəzəb və təkəbbür insanı qeybət etməyə vadar edər. Hədislərin birində oxuyuruq: “Həsəd etməyin, nifrət və düşmənçilik etməyin. Qeybət etməyin, Allahın bəndəsi olun və bir-birinizlə qardaş olun”.

Bu hədisdən göründüyü kimi, həsəd və qəzəbdən uzaq olmaq tövsiyə edilir. Çünki bu ikisi qeybət üçün zəminə yaradar.

İmam Hüseyn (ə) başqasının qeybətini edən və arxasınca pis danışan kişiyə buyurur: “Bu işdən əl çək, başqalarının arxasınca qeybət etmək və pis danışmaq - cəhənnəm itlərinin yeməyidir”.

Allah Təala bizləri bu çirkin günahlardan uzaq saxlasın.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930