İftira yağdıran və böhtan atanın yeri cəhənnəmdir
Mьəllif: admin1
Tarix: 31-10-2023, 10:39
İftira yağdıran və böhtan atanın yeri cəhənnəmdir
Böhtan və töhmət başqasının razı olmadığı şey haqqında yalan deməkdir. Başqa sözlə desək, başqasına yalanı nisbət verməkdir.

Yəni, həmin şəxs bu günahı işlətməmişdir, ancaq yalan danışaraq, onu bu günahla ittiham edirsən. Ya onda olmayan hansısa bir eybi ona nisbət verirsən.

İstər onun yanında olsun, istərsə də qaib olan zaman fərqi yoxdur, hər iki halda yalandır.

Böhtan və töhmət - hər ikisi böyük günahlardandır O, kəskin şəkildə qadağan edilmişdir. Onun üçün ağır əzab müəyən edilmişdir.

Yalanın ən pis forması.

Böhtan - yalanın ən pis formasıdır. Əgər şəxs qaibdirsə, onda qeybət hökmündə də gedir. İnsan əslində iki günaha düçar olur: biri yalan və o birisi isə qeybət. Mömin qardaşına ən böyük zülm odur ki, onu işlətməyi günahda ittiham edəsən.

Töhmətin ictimai zərərləri.

Böhtan və iftiranın nəticəsində ictimai sistem gec və ya tez dağılacaqdır. İctimai ədalət aradan gedəcəkdir. Haqqı batil kimi və batili də haqq kimi tanıdacaqlar.

Günahsızlar ittiham olunacaq və günahkarlar azad olacaqdır. Hüsnü-zənn sui-zənnə çevriləcəkdir.

İnsanların bir-birinə olan inamı aradan gedər. Dostluq və səmimiyyət yerini kin və düşmənçiliyə verər. İnsanlar dağınıq şəkildə yaşayarlar və bir-biri ilə rabitə qurmazlar.

Şübhəsiz ki, bu cür cəmiyyət uzun müddət qala bilməyəcəkdir. Tezliklə süqut edəcəkdir. Onun insanları həlak olar və müxtəlif giriftarlıqlara düçar olar.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin, mömin qardaşını ittiham edər, ona töhmət vurar, iman qəlbində məhv olar. Yeri cəhənnəmdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim imanlı mömin kişi və qadına böhtan atarsa, ya onun haqqında elə şey deyər ki, onda olmasın, Allah Qiyamət günü onu atəşli telin üzərində qərar verər ki, dediklərindən geri dönsün”.

Quranda töhmət haqqında 40-dan çox ayə vardır.

Töhmət iki cürdür: iftira və böhtan. İftira: töhmət vuran, elm və agahlıqla bir günahı və ya eybi başqasına nisbət verir. Yəni, bilir ki, o şəxsin belə bir eybi yoxdur.

Bəzən insan özü həmin günahı işlədir, ancaq nicat tapmaq üçün bu günahı başqasının üzərinə yıxır. Qısacası, ona iftira atır.

Böhtan: töhmət vuran elmsiz halda zənn və gümanı üzündən başqasına töhmət vurur. Buna böhtan deyirlər. Onun kökü sui-zənnə gedib çıxır ki, bu da günahdır.

Əgər bir nəfər bir işi görür və o, həmin şəxsin gördüyü işi daima fəsad və pisliyə tərəf yozur. Töhmətlərin əksəriyyəti agahsızlıq və zui-zənn üzündən olur. Ona görə də mömin öz gümanı və zənni əsasında nəticə çıxartmamalıdır. Çünki bu zaman böyük bir günaha düçar olar.

Mömin, öz mömin qardaşının əməlini sui-zənə yozmamalıdır. Əksinə, zui-zən etsə belə, çalışmalıdır ki, onu hüsnü-zənnə çevirsin.

İmam Əli (ə) bu haqda buyurur: “Din qardaşının danışığını və rəftarını ən gözəl şəkildə qərar verməlisən. Məgər o halda ki, yəqinə çatmısan və düz qapısı üzünə bağlanmışdır. Din qardaşının sözlərinə bədgüman olmamalısan”.

İmam Əli (ə) buyurur: “O kəs ki, özünü töhmət təhlükəsi altında qoyarsa, ona qarşı bədgüman olanları məzəmmət etməməlidir”.

Həmçinin İmam Sadiq (ə) buyurur: “O kəs ki, töhmət olunacağı yerə gedər, özündən başqasını məzəmmət etməməlidir”.

İmam Əli (ə) İmam Həsənə (ə) etdiyi vəsiyyətində buyurmuşdu: “Töhmət yerlərindən çəkin və uzaq ol. Həmçinin o məclislərə ki, ona qarşı bədgümanlıq edirlər”.

Ona görə də mömin gərək fəsad yerlərindən və fəsad əhli ilə oturub-durmaqdan uzaq olsun. Əks halda insanlar ona qarşı bədgüman olarlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Töhmət vurulacaq yerlərdən çəkinin”.

Yuxarıda dediyimiz kimi, möminə töhmət vurmaq haramdır. Ancaq ondan da pisi - Allaha, Peyğəmbərə (s) və İmamlara (ə) töhmət vurmaqdır. Məsələn, Allaha şərik qoşasan, ya məadı inkar edəsən.

Ya İmamlara (ə) qarşı yalan deyib, onlara töhmət atasan. Bu əməl - küfrdür. İmam Sadiq (ə) Şamdan olan bir kişiyə belə buyurur: “Bizim sözlərimizi eşit və bizə yalan nisbət vermə.

Çünki əgər kimsə bizim haqqımızda yalan deyərsə, Peyğəmbərə (s) yalan nisbət vermişdir. O kəs ki, Peyğəmbərə (s) yalan nisbət vermişdir, Allaha yalan nisbət vermiş olar. Allah belə bir şəxsə əzab verər”.

Beləliklə deyə bilərik ki, töhmət vurmaq böyük günahlardan sayılır. Hər kim onu bilərəkdən və ya bilməyərəkdən edərsə, böyük günah işləmiş olar.



(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031