Cismdə olduğu kimi ruhun da öz xəstəlikləri var – İmam Əli (ə) belə anlatı
![]() Hər şeydən öncə özündən başlayır. Özünü dərk edən, özünü kəşf edə bilən artıq doğru yola istiqamət almışdır deməkdir. Əks təqdirdə varacağı bütün nəticələr uğursuz olacaqdır. Necəki Hz.Əli (ə) buyurur: “Özünü tanıyan artıq (mütləq) rəbbini tanıyar.” İmam (ə) hədisdə qəti şəkildə bildirib ki, kim özünü tanıyarsa mütlər rəbbini tanımalıdır. Çünki özünün yalnız bu maddi bədəndən ibarət deyil, həm də bir ruhdan ibarət olduğunu dərk edə bilməyən, hiss edə bilməyən bir kəs sonsuz aləmi və bu aləmin “Sahibini” necə dərk etsin? Bütün səmavi dinlər, hətta bir çox qeyri səmavi dinlər belə insanın cism və ruhdan ibarət olduğunu, hətta insanın həqiqəti, şəxsiyyəti onun ruhu olduğunu qeyd edirlər. İslam dini bu məsələ üzərində təkidlə dayanır, insanın ruh və cisimdən ibarət olduğunu, öldükdən sonra ruhunun bədəndən ayrılıb Allah dərgahında hesab verəcəyini təkidlə vurğulayır. Həmçinin Həzrət Əli (ə) öz kəlamlarının birində ruhun da cisim kimi xəstə ola biləcəyini, onun da qidaya və müalicəyə ehtiyaclı ola biləcəyini vurğulayır. Təbii ki, özünə məxsus müalicə və qida ilə! İmam (ə) belə buyurdu: “Bədənin 6 haləti vardır. Bunlar: sağlamlıq, xəstəlik, həyat, ölü, yatmaq və oyanmaqdır. İnsan ruhu da bu belədir: Elm ruhun həyatıdır Cahillik onun ölümüdür Şəkk onun xəstəliyidir Yəqin (qətilki) ruhun sağlamlığıdır Qəflət ruhun yuxusudur Hifz və yaddaş ruhun oyanışıdır.” (Tohid Səduq-300) (İslaminSesi) Oxşar xəbərlər
|