İSLAMIN NƏZƏRİNDƏ İNSAN
Mьəllif: admin1
Tarix: 19-01-2018, 23:08
İSLAMIN NƏZƏRİNDƏ İNSAN
İnsan iki şeydən - cism və ruhdan təşkil olunmuş bir varlıqdır. O, öləndən sonra cismi çürüyüb aradan gedəcək, ruhu isə qiyamətə qədər qalıb həyat sürəcək.

İnsanın ölümü onun yox olması demək deyildir; o, öləndən sonra Qiyamət bərpa olana qədər bərzəx aləmində yaşayacaq. Qurani-kərim insan xilqətinin son təkamül mərhələsini - ruhun bədənə daxil olmasını aşağıdakı ayə ilə bəyan edir:

“Bu zaman onu (insanı) yeni bir məxluq surətinə saldıq.”
(“Muminun” surəsi, ayə 14.)

Həmçinin başqa ayələrdə də öldükdən sonra insanın bərzəx həyatına işarə edərək buyurur:

“Onların önündə, dirilib duracaqları günə (qiyamət gününə) qədər bərzəx vardır.”
(“Muminun” surəsi, ayə 100.)

Bərzəx aləminə dəlalət edən ayələrin sayı çox olduğu üçün qeyd olunan bir ayə ilə kifayətlənirik.

Hər bir insan pak fitrət əsasında yaradılmışdır. Yəni, əgər yaradıldığı həmin vəziyyətdə irəliləyərsə və xarici amillər onu inhirafa yuvarlandırmazsa, hökmən haqqı tapacaq. Heç kəs anadan günahkar və müqəssir halda doğulmamışdır.

Pisliklər və çirkinliklər ilkin qayda əsasında olmayıb sonradan yaranır. Bəyənilməz irsi xüsusiyyətlər də insanın iradəsi sayəsində dəyişilə bilər. Buna görə də müasir məsihiyyət aləmində deyilən “İnsan övladının zatı günah əsasındadır” fikri tamamilə əsassızdır.

Qurani-kərim bu barədə buyurur:

“Batildən haqqa dönərək üzünü Allahın fitrət əsasında olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz.” (“Rum” surəsi, ayə 30.)

Həmçinin İslam Peyğəmbəri Həzrət Mühəmməd (s) buyurur: “Bütün mövludlar (doğulan insanlar) mütləq pak fitrət əsasında dünyaya göz açırlar.”

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031