Quranda ölümdən sonrakı həyat barədə
Mьəllif: admin1
Tarix: 18-11-2021, 09:51
Quranda ölümdən sonrakı həyat barədə
Quranın nəzərinə görə insan öləndən sonra Qiyamət bərpa olana qədər bərzəx həyatına malik olar ki, yaxşı əməl sahibləri İlahi nemətdən bəhrələnər. Günahkarlar isə cəzalanarlar.

Bu həqiqətə işarə edən Quran ayələrinə nəzər salaq:

“Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla)diridirlər və lakin (bunu) siz dərk etmirsiniz”. (“Bəqərə” 154).

Başqa ayədə buyurulur: “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. (“Ali-İmran” 169).

Həmçinin “Yasin” surəsində buyurur: “(Axırda onu öldürdülər və ona) deyildi: «Cənnətə (Cənnət Bərzəxinə) daxil ol!». O dedi: «Kaş qövmüm biləydi ki, Rəbbim məni bağışladı və məni hörmət sahiblərindən etdi»”. (“Yasin” 26-27).

Quran ölümdən sonra həyat barəsində buyurur: “(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar, bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır”. (“Muminun” 99-100).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930