"Rəcət" ilə "Tənasüxün" fərqi
Mьəllif: admin1
Tarix: 4-01-2019, 18:55
"Rəcət" ilə "Tənasüxün" fərqi

"Tənasüx" ruhun bir bədəndən başqasına, bəzən insandan heyvana və əksinə keçməsidir. Əhli-beyt (ə) ardıcıllarının inadığı rəcət isə tənasüxlə tam fərqlidir. Çünki tənasüx nəzəriyyəsi Qiyamətin inkar olunması əsasındadır. Bu nəzəriyyə ardıcılları dünyanın daim dövr etməsinə inanır və deyirlər ki, hər dövr özündən əvvəlki dövrün təkrarıdır.

Bu nəzəriyyəyə əsasən hər insan öldükdən sonra onun ruhu, bir daha dünyaya qayıdır və başqa bir bədənə daxil olur. Əgər ruh keçmiş dövrdə yaxşı əməl sahiblərinin bədənində olbsa sonrakı dövrü yaxşı keçirən bir bədəndə daxil olur.

Əgər pis əməl sahibi olubsa, sonrakı dövrü çətinlik və məşəqqətlə keçirəcək bir bədənə və hətta heyvan bədəninə daxil olur. Və bu qayıdış da onun qiyamətdəki dirçəlişi kimidir!

Halbuki rəcətə inananlar islam şəriətinə tabe olaraq qiyamətə və məada iman gətirir, digər tərəfdən də ruhun ayrıldığı bədəndən başqa bir bədənə daxil olmasını qeyri-mümkün hesab edirlər.

Rəcət inancina görə insanların bir qrupu Qiyamət baş verməzdən öncə elə bu dünyada diriləcək və onların hikmət və məsləhətləri gerçəkləşdikdən sonra yenidən Qiyamət günündə sair insanlarla birlikdə dirilsinlər deyə əbədi dünyaya doğru tələsəcəklər.

Müsəlmanlar bir ruhun bədəndən ayrıldıqdan sonra başqa bir bədənə daxil olması inancını qəbul etmir və bunu batil hesab edirlər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930