Günaha batan ruhdur, yoxsa cisim (bədən)?
Mьəllif: admin1
Tarix: 25-03-2016, 10:51
Günaha batan ruhdur, yoxsa cisim (bədən)?
İmam Sadiq (ə) buyurur: ruh bədənə qarışmayıb, ona söykənmiş vəziyyətdədir. Ruh cismi əhatəyə alıb... Ruhun maddəsi qan və rütubətdir. Bədəndə qan qalmayanda ruh onu tərk edir... Ruhun beş növü var: müqəddəs ruh – peyğəmbər və övliyaların ruhu; iman ruhu – insan bu ruhla Allahın razılığını düşünür; qüdrət ruhu – bu ruh insana ibadət gücü verir; şəhvət ruhu – insanı günahdan çəkindirir; bədən ruhu – insan bu ruh vasitəsilə hərəkət edir...

Qəbir əzabı qaçılmazdır. Həm cisim, həm ruh əzab görər. Ruh və cisim bir-birindən ayrılıqda iş görmək imkanına malik deyil. Ruhu şikəstə, cismi kora bənzədiblər. Əgər kor şikəsti qucağına alıb qaldırsa, başqasının ağacından meyvə dərməklə oğurluq etsələr kim müqəssirdir? Bu misalla demək istəyiblər ki, günaha görə həm cisim, həm ruh müqəssirdir.

Vilayet.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930