Ayətullah Xameneinin “siz Allahı necə tanıdınız?” sualına maraqlı cavabı
Mьəllif: admin1
Tarix: 16-02-2018, 10:11
Ayətullah Xameneinin “siz Allahı necə tanıdınız?” sualına maraqlı cavabı
Ayətullah Seyid Əli Xamenei gənclərdən birinin ona ünvanladığı “siz Allahı necə tanıdınız?” sualına maraqlı cavabla cavablandırır:

“Allaha iman gətirməyi ailədən aldım və öyrəndim. Amma Allahı tanımağımı və ona olan mərifəti isə sonralar etdiyim təfəkkürlə, mütaliələrlə və oradan əldə edilən istidlallarla əldə etdim.

Amma əzizlər burada mən sizə mühüm bir şeyi deyim; İstidlal və sübutla Allahı tanımaq lazımdır. Amma bilin ki insanı xilas edən və hərəkətə gətirən Allaha mərifətlə iman etməkdir.

Məsələn Əbuzər müsəlman olanda Peyğəmbər ona (Allahın varlığı haqda olan fəlsəfi) “nəzm bürhan”ını, “Xülf bürhanı”nı və ya “Səbəb-Nəticə bürhanı”nı demədi.

Yəni Peyğəmbər bu (fəlsəfi) sübutları gətirərək, Allahın varlığını və bütlərin batil olduğunu deməyə çalışmadı. Peyğəmbər Allahı Əbuzərə başqa formada çatdırdı.

Peyğəmbər o gözəl və cəzbedici bəyanı ilə Allaha imanı Əbuzərin qəlbinə qoya bilmişdi. (Mərifətlə) Əldə edilən iman və onun nuraniyyəti, istər valideynlər, istər ustad, istər böyüklər, istərsə də bir hadisə vasitəsilə əldə edilsin, bu iman istidlalla əldə edilən imanla müqayisədə insanı daha tez yetişdirir.

İstidlalla əldə edilən iman da lazımdır. Bəzən insan imanı ilə bağlı vəsvəsədə olur. Bu vəsvəsədən və iradlardan xilas olmaq üçün istidlal lazımdır, insan üçün bu istidlallar bir təhlükəsizlik sütunudur ki ona söykənir. İstidlal olsa kimsə onun imanında tərəddüd yarada bilmir.

Amma insanı hərəkətə gətirən, ona həyatın meydanlarında yardım edən həmin mərifətlə əldə edilən əqidə, iman, cazibə, məhəbbət və eşqdir."
(İslaminSesi)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031