İmanın 3 cümlə ilə bəyanı
Mьəllif: admin1
Tarix: 9-10-2021, 22:24
İmanın 3 cümlə ilə bəyanı
Müsəlmançılıq dilə bir necə cümlə gətirməklə və ona səthi şəkildə inanmaqla belə hasil ola bilər. Lakin bizdən tələb edilən təkcə bu deyil, bu ən ilkin mərhələdir.

"Bədəvi ərəblər dedilər: Biz iman gətirdik, (Ey peyğəmbər) De ki siz iman gətirmədiniz. Ancaq islamı qəbul etdik deyin. İman hələ ki, sizin qəlblərinizə daxil olmamışdır.”

Hucurat surəsində gələn bu ayə müsəlmanlara islamla imanın arasında olan və tələb edilən böyük fərqi göstərir.

İmam Baqir (ə) buyurur: “İman iqrar və əməl etməkdir, islam isə əməlsiz iqrar etməkdir.”

İmam Sadiq (ə) buyurub: “İman qəlblərdə yerləşir. İslam isə nigah, irs və qanın qorunmasının bağlı olduğu şeydir.”

Bəs imanın şərtləri nədir? Kamil imanın göstəricisi nədədir?

İmam Əlidən iman barədə sual edildikdə o bu mənəvi məqamı 3 cümlə ilə belə bəyan edir:

“İman qəlblə tanımaq, dillə iqrar və etiraf etmək və bədən üzvləri ilə əməldə göstərməkdən ibarətdir”.
İslaminSesi\
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031