Halalı haramdan ayırmağın tək yolu
Mьəllif: admin1
Tarix: 26-10-2021, 22:19
Halalı haramdan ayırmağın tək yolu
Quran buyurur: “Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız”. (“Ənfal” 45).

Bu ayədə adı çəkilən zikr, təkcə dil zikri deyildir. Əsil məqsəd – daxili diqqət, Allahın lütflərini, köməklərini, izzətini, əzəmətini, vədələrini yada salmaqdır.

Belə ki, İmam Sadiq (ə) buyurur: “Allahın bəndələri üçün lazım bildiyi əməllərdən ən mühüm olanı – Allahı çoxlu yada salmaqdır. Halal və haramla rastlaşan zaman Allahı yada salmaqdır ki, əgər Allahın itaəti olarsa – ona əməl etsin, əgər Allahın günahı olarsa – onu tərk etsin”.

İman o zaman həqiqi simasına qovuşur ki, qəlbdə məskən salsın və insan bu imanında möhkəm, sabitqədəm olsun. Heç bir həyat küləyi onu titrədib, yolundan azdırmasın.

İman və saleh əməl – möminin iki qanadıdır ki, onunla behiştə tərəf uçar. Bu qanadlar gərək möhkəm olsun ki, belə bir uzun səfərə çıxa bilsin və hədəfinə çata bilsin.

Əks halda hər bir külək, yağış, tufan onu yolundan saxlayar və süqut etməsinə səbəb olar. İmanın möhkəm olmasının tək yolu isə Allahı çoxlu yada salmaq və Ona itaət etməkdir. Hər kimin itaəti çox olarsa, qəlbi daha çox müti olar. Qəlbi müti olan insanın imanı artar və möhkəmlənər.

Deməli, iman üçün ən lazım şey – sabitqədəmlikdir ki, onu da Allahı hər bir zamanda və hər bir məkanda yada salmaqla əldə etmək olar.

Bu ayədən çıxartdığımız nəticələr:

1. İman üçün lazımlı şey – sabitqədəmlik və möhkəmlikdir.

2. Biz gərək sabitqədəm olmağımızı Allahdan istəyək.

3. Hər nə qədər çətinliklər çox olarsa, Allahı yada salmaq ehtiyacı da çox olar.

4. Allahı dildə yada salmaq kifayət deyildir, Onu daxildən qəbul edib, qəlb dili ilə yada salmaq lazımdır.

5. Allahı yada salmaq hər bir sahədə qələbənin rəmzidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031