İnsanı Allahdan uzaqlaşdıran hər bir şey büt sayılır
Mьəllif: admin1
Tarix: 23-12-2017, 09:55
İnsanı Allahdan uzaqlaşdıran hər bir şey büt sayılır
Bəzən cahil insan pərəstiş etmək üçün özünə çubuqdan, daşdan, dəmirdən heykəllər və bütlər düzəldər. Onun qarşısında dizi üstə düşər və səcdəyə gedib, ona pərəstiş edər.

Bəzən də həyatı boyu elə şeylərə tapınar ki, onlarsız həyatını puç hesab edər. Bu şeylər isə onu Allahdan uzaqlaşdırar və onu, öz nəfsinin əsiri edər.

“Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir”. (“Tövbə” 55).

Bəzən insan elə düşünür ki, Allaha pərəstiş edir və tək sitayiş etdiyi varlıq – Odur. Ancaq qafildir ki, başqa şeylər vardır ki, onu Allahdan uzaqlaşdırır və nəfsinə yaxınlaşdırır. Bu şeylər ona Allahı unutdurur. Onlarsız yaşamaq insana əziyyət verir.

Ona görədir ki, dinimiz deyir ki, hər bir şey ki, insanı Allahdan qafil edər və unutmağına səbəb olar – bütdür. İstər malı olsun, istər həyat yoldaşı olsun, istər övladları olsun, istər vəzifəsi və ya dostları olsun. Hər kim ki, onu Allahdan uzaqlaşdırar – Allah dərgahında büt hesab olunar.

Halbuki, insan bilməlidir ki, bütün məxluqlar aciz və zəifdir. Hər birinin İlahi feyzə ehtiyacı vardır. Nəinki ancaq çətinliyə düşən zaman Allahı yada salmalıdır.

Ona görə də insanın Allaha olan məsəli, lampanın onu təmin edən enerjiyə nisbətdə məsəli kimidir. Necə ki, lampa yanması üçün davamlı olaraq enerjiyə ehtiyac duyur, insan da var olması üçün davamlı İlahi feyzə möhtacdır.

“Göylərdə və yerdə olan hər bir kəs (həm dili, həm də halı ilə) Ondan (dilək) istəyir. O hər gün, hər an bir işdədir”. (“Rəhman” 29).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930