İnsan fitri olaraq Allahı tanıyır. Dünya məşğuliyyətləri insanı Allahdan qafil edir. Çətinliklər isə həmin fitri çırağı alovlandırır
Mьəllif: admin1
Tarix: 6-06-2015, 12:37
İnsan fitri olaraq Allahı tanıyır. Dünya məşğuliyyətləri insanı Allahdan qafil edir. Çətinliklər isə həmin fitri çırağı alovlandırır
Deyerler.org: Bir nəfər İmam Sadiqə (ə) sual verir: “Allah Təalanın varlığını sübut edən dəlil gətirin”. Həzrət (ə) buyurur: “O zaman ki, gəmi dəniz dalğalarına düçar olar, səfərdə bu halda olmusan?”. Deyir: “Bəli”. Buyurur: “Həmin an ürəyin bir yerə diqqət edibmi? Nalə və dua etmisənmi?”. Deyir: “Bəli”. Buyurur: “Allah - həmin o Kəsdir ki, həmin an ona diqqət etmisən”. (Tebyan)
Qurani-Kərim buyurur ki, insanın pak fitrəti Allahla tanışdır və Onu tanıyır. “(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır”. (“Rum” 30). O zamana qədər ki, fitrət oyaqdır, insan Allahı axtaran olar. Hər bir malik olduğu şeyi Ondan bilər. Bəzən insan öz həqiqətindən qafil olaraq, maddi əşyalara ürək bağlayar. Nəticədə Allahdan qafil olar. Əgər bu halda çətinliyə düçar olarsa, ümidsiz olar. “İnsana (sağlamlıq, mal və məqam) nemət(i) bəxş edəndə o, üz döndərər və özünü Bizdən uzaqlaşdırar, ona (xəstəlik və yoxsulluq kimi) bir şər yetişəndə isə bərk naümid olar”. (“İsra” 83).
Ona görə də insanın iki halı olar: fitri və adi. İnsan fitri halına görə istər rifahda olsun, istərsə də çətinlikdə Allaha bağlıdır. Fitrətindən qafil olan zaman dünya nemətlərinə: övlad, sərvətə ürək bağlayar. Lakin xoşagəlməz hadisə onu bu yuxudan ayıldar. “Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün)çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr)”. (“İsra” 67).
Nəticədə demək olar ki, insan fitrəti Allah axtarandır. İnsanın hər bir halda Allaha təvəssül etməsi fitrətini oyaq olmasından xəbər verər. Baxmayaraq ki, insan sahilə çıxan kimi Onu unudar. “De: «Yalvarışla (aşkar şəkildə) və gizlincə Onu çağırıb «əgər bizə bu həlakətdən nicat versə, mütləq şükür edənlərdən olacağıq» (deyərkən) quru və dənizin qaranlıqlarından sizə kim nicat verir? De: «Allah sizi ondan (düçar olduğunuz həmin həlakətdən) və hər bir qəm-kədərdən qurtarır, siz isə yenə də (Ona) şərik qoşursunuz!»”. (“Ənam” 63-64).
İnsan müsibətə və təhlükəyə düşən kimi fitrəti oyanar. “Sizi quruda və dənizdə gəzdirən Odur. Nəhayət, siz gəmilərdə olan və gəmilər öz sərnişinlərini xoş və mülayim bir küləyin vasitəsilə hərəkət etdirən və onlar ondan xoşhal olduqları zaman, (birdən) həmin gəmilərə şiddətli bir külək əsər, (dənizin) dalğa(sı) hər tərəfdən onlara çırpılar və onlar (dalğaların və bəlanın) mühasirəsində olmalarına yəqinlik edərlər, (o halda) iman və etiqadda saf niyyətlə Allahı çağırarlar ki: «Əgər bizi bundan (bu təhlükədən) qurtarsan, mütləq şükür edənlərdən olacağıq»”. (“Yunus” 22).
Axı Allah zərr aləmində insanla əhd bağlamışdı. “O zaman sənin Rəbbin Adəm övladlarından – onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: «Mən sizin Rəbbiniz deyiləmmi?» (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: «Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik» dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü «biz bundan (tövhid və rübubiyyətdən) qafil idik» deyəsiniz”. (“Əraf” 172).
Ona görə də hər bir insan fitri olaraq Allahı tanıyır və Ona tərəf meyl edir. Lakin dünya məşğuliyyətləri insanı bəzən elə qafil edir ki, Allahı unudur. Ancaq insan o zaman ki, çətinliyə və müsibətə düşür, həmin fitri çırağı alovlanır və yanmağa başlayır. İnsanın bütün diqqəti Allaha və əhd bağladığı Məhbubuna tərəf yönəlir. Gəlin bu çırağı həmişə yanar halda saxlayaq. Onu sönməyə qoymayaq.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031