Qürur – insanı Allahdan uzaqlaşdıran əsas amildir
Mьəllif: admin1
Tarix: 16-03-2021, 22:47
Qürur – insanı Allahdan uzaqlaşdıran əsas amildir

O kəs ki, qürurlanar və təkəbbür edər, nə öz zəif tərəflərini görər və nə də Allahın əzəmətini dərk edər.

İnsanın qüruru ilə mübarizəsi – həmişəlik bir mübarizədir. Elm öyrənmək zati olaraq insanın qürurlanmasına səbəb olar. Ona görə də elm öyrənən hər bir mömin çalışmalıdır ki, bu yersiz qüruru özünə yol verməsin.

Qürur və təkəbbür şeytanın (lən) qorxulu tələsidir ki, çox sayda insanı onunla ovlaya bilir. İnsanın cəmiyətdəki mövqeyi iki cür ola bilər: yanlış və həqiqi.

Bəzi insanlar mal, pul və vəzifəsi sayəsində etibar əldə edirlər. Bu yol – fəna yoludur və insanı məhvə tərəf istiqamətləndirər. Belə bir insan yanlış şeylərə görə qürurlanar və dünyasını, axirətini məhv edər.

Bu insanın qürurlanması bəzən o yerə gəlib çatar ki, Allaha qarşı çıxar. Unudar ki, bütün bu nemətləri ona Allah əta etmişdir.

“(Qarun) dedi: «Həqiqət budur ki, bu mal – dövlət məndə olan elm (Tövrata, kimyagərliyə, ticarətə və əkinçiliyə yaxşı bələd olmaq) sayəsində mənə verilmişdir».

Məgər o (Qarun) Allahın ondan öncə (gəlmiş) ondan da qüvvətli, sərvətli və sayca çox olan insan cəmiyyətlərini məhv etdiyini bilmirdimi?”. (“Qəsəs” 78).

Bəzi insanlar isə Allahın və Əhli-Beytin (ə) yanında xüsusi məqama malik olarlar – bu yol həqiqi və sadiq yoldur. Bu yolun yolçusu yersiz qürur və təkəbbürdən uzaqdır və təvazökar və mütidir.

Təvazökarlıq təkəbbürlüyün əksidir. Ancaq təvazö və müti olmaq, insanı Allaha yaxınlaşdırar. Təvazökarlıq o zaman təsirli olar ki, qəlb təvazökarlığı olsun, əks halda bu təvazökarlığın da təsiri olmaz.

O zaman ki, insan özü ilə qürurlanar, irəli getməz və inkişaf etməz. O ordu ki, özü ilə qürurlanar – müharibədə məğlub olar. O mömin ki, imanı ilə qururlanar – Allahın qəzəbinə düçar olar. Əmirəl-möminin (ə) buyurur: “Xoş olsun o kəsin halına ki, öldürücü hiylələr onu öldürməmişdir”.

Qürur insanı moizə eşitməkdən saxlayar. Çünki bu cür insan nəfsani istəklərinə məğlub olmuşdur və özünü başqalarından böyük görür. Öz nəzər və əməllərini tamamilə düz sayır, ona görə də başqalarının nəzərlərini eşitməyə hövsələsi yoxdur. Əmirəl-möminin (ə) buyurur: “Sizinlə moizə arasında aldadıcı pərdə vardır”.

Qürur səbəb olar ki, insan özünü hesaba çəkməsin. Bu cür insan etdiyi heç bir əməlinə diqqət etməz. Mömin insan yersiz qüruru ilə əməllərini riyaya çevirər və məhv edər.

Qürur səbəb olar ki, insan peşman olsun. Çünki bu insan özünə və başqalarına dəyər verə bilmir. Özünün və başqalarının əməllərinə görə səhv qərarlar verir. Bu da onu peşmançılığa düçar edir.

İmam Əli (ə) buyurur: “Dünya – yuxu və xəyaldan başqası deyildir. Onunla qürurlanmaq peşmançılığa səbəb olar”.

Ona görə də hər kəs – istər mömin olsun, istərsə də Allaha yaxın olmaq istəyən başqa biri – gərək qürur və təkəbbürdən özünü qorusun və şeytanın bu qorxulu tələsinə düşməsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930