Bircə əməl Şeyx Ənsarini mərcə alimi məqamına qaldırır
Mьəllif: admin1
Tarix: 13-02-2018, 10:22
Bircə əməl Şeyx Ənsarini mərcə alimi məqamına qaldırır
Hər bir şəxs öz tutumuna görə təqvaya riayət edər. Ancaq o kəslər ki, bəndəliyin uca zirvəsində qərar tuturlar, dünyaya qarşı zahid və meyilsiz olurlar.

Qurani-Kərim buyurur: “Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr, məhz onlar səadətə qovuşanlardır!”. (“Təğabun” 16).

Mərhum Şeyx Murtəza Ənsari – Əhli-Beytin (ə) ən tanınmış və uca məqamlı mərcələrindən olmuşdur. Bu məqama çatmağı ilə bağlı deyir ki, tələbələrin birinin hücrəsində qalırmış.

Bir gün Şeyx həmin tələbəyə bir qədər pul verir ki, çörək alsın.

Qayıdan zaman görür ki, tələbə çörəklə birlikdə halva da almışdır.

Halvanı çörəyin üzərinə qoymuşdur.

Şeyx soruşur: “Halvanın pulunu haradan almısan?”.

Tələbə deyir: “Borc almışam”.

Şeyx çörəyin halva dəyməyən tərəfindən qırır və deyir: “Mənim yəqimin yoxdur ki, bu borcu qaytarmaq üçün sağ qalacağam”.

İllər sonra həmin tələbə Nəcəfə gəlir. Şeyxin əzəmətini görür və deyir: “Hansı əməli yerinə yetirmisiniz ki, bu məqama çatmısınız və Allah sizi müvəffəq etmişdir? İndi elmi hövzənin başında dayanmısınız? Bütün Əhli-Beytin (ə) mərcəyisiniz?”.

Şeyx deyir: “Çünki halvanın altında olan çörəyi yeməyə belə cürət etməmişəm. Ancaq sən kamil cürətlə çörəyi də, halvanı da yemişdin”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930