Həzrət Əlidən (ə) yüz tümən istəyən tələbə...
Mьəllif: admin1
Tarix: 19-03-2016, 13:02
Həzrət Əlidən (ə) yüz tümən istəyən tələbə...
Söhbət arası yada saldığı ibrətamiz əhvalatlarla məşhur olan ustad Qəraəti deyir:

Nəcəfdə təhsil alan iranlı tələbələrdən birinin maddi durumu çox ağır olur, Həzrət Əlinin (ə) hərəminə gedib təvəssül edir, deyir: Ya Əli, siz yoxsullara əl tutan həmin qayğıkeş imamsız. Mən də ehtiyac atəşində yanıram, yüz tümənə ehtiyacım var...
Hərəmdən çıxarkən iranlı zəvvarla rastlaşır. Hal-əhval tutduqdan sonra zəvvar ona yüz tümən verib deyir ki, atan göndərib. Tələbə zəvvarla sağollaşır, hərəmə qayıdır. Zərihdən tutub deyir: Ya Əli, bu yüz tüməni atam göndərmişdi, indi sizin yüz tüməni gözləyirəm...
Evə çatanda əlini cibinə atır, görür pul yoxdur. Qaçaraq qayıdır geri. Hərəmdə, ətraf dükanlarda elan edir ki, yüz tümən pul itirib. Çox gəzir, amma faydası olmur. Səhəri gün başına gələn hadisəni ustadına danışır. Ustad deyir: Sən öz sözünlə Mövlaya hörmətsizlik etmisən. Yüz tüməni atan göndərsə də, onun sənə çatması atanın əlində deyildi...

Vilayet.info


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930