Əbülfəzl Abbas (ə) ağadan gecə istədiyi 3 hacət, səhər artıq yerinə yetirildi
Mьəllif: admin1
Tarix: 6-01-2018, 22:16
Əbülfəzl Abbas (ə) ağadan gecə istədiyi 3 hacət, səhər artıq yerinə yetirildi
Hacı Şeyx Əbdülrəhim Müctəhidi Şuştəri nəql edir ki, Şeyx Ənsari ilə birlikdə Həzrət Əbülfəzl Abbasın (ə) hərəminə getmişdik.
Şeyx Şuştəri, Ağaya (ə) dua edərək deyir: “Ey Əbülfəzl ağa! Mən səni vasitə qərar verib, Allahdan üç hacətimi istəyirəm ki, ona əməl libası geyindirsin.

1. 200 tümən borcum vardır, onu əda etmək üçün vəsilə qərar versin.
2. Bir qədər məbləğ həyat ehtiyaclarımı təmin etmək üçün əta etsin.
3. Allahın Evinin həccini yerinə yetirmək imkanı yaratsın.

Günəş çıxan zaman Şeyx Ənsarinin köməkçilərindən mənim yanıma gəlib dedilər ki, Şeyx çağırır”.

Mərhum Şuştəri də Şeyxin yanına gedir.

Salam verəndən sonra Şeyx Ənsari buyurur: “Bu 200 tüməni götür və borucunu qaytar. Bu məbləği də ehtiyaclarına xərclə”.

Şeyx Şuştəri deyir: “Başa düşdüm ki, Ağam Abbasın (ə) inayətidir. Şeyx Ənsari də onu əda etmək üçün məmur olmuşdur”.

Şeyx Şuştəri deyir: “Dedim ki, mənim başqa bir hacətim də var idi ki, həccə getməkdir”.
Buyurdu: “Mən sənin indi həccə getməyini məsləhət bilmirəm”.

Soruşdum: “Niyə?”.
Buyurdu: “Təhlükə gözlənilir”.

Dedim: “Sizin icazənizlə mən Məkkəyə gedəcəyəm”.
Buyurdu: “Necə istəyirsən. Həccin pulunu götür və get”.

Şeyx Şuştəri deyir: “Mən Məkkəyə tərəf hərəkət etdim. Ancaq Şeyxin də söylədiyi kimi, yolda məni quldurlar tutdular. Onlardan biri məni yerə yıxıb, boğazıma qılınc dirədi.
Dedim: “Əgər pul istəyirsinizsə, hamısını alın, ancaq məni öldürməyin”.

Nəhayət məni öldürməkdən əl çəkdilər. Məni pulsuz və paltarsız səhrada buraxdılar. Çox əziyyətlə Nəcəfə gəldim və olanları Şeyxə danışdım.
Şeyx dedi: “Sənə demişdim ki, məsləhət deyildir””.

Allah Təala bizləri bu övliyaların məqamına yaxın etsin, inşəallah.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930