Mərhum şeyx Ənsari ilə bağlı yuxu
Mьəllif: admin1
Tarix: 6-04-2021, 22:34
Mərhum şeyx Ənsari ilə bağlı yuxu
Şeyx Ənsari zöhd və təqva baxımından misilsiz idi. Təəssüf ki, bu şəxsin mənəvi məqamlarından xəbərsizik.

Bu şəxsi yalnız "Məkasib” və "Rəsail” kitablarının müəllifi kimi tanıyırıq. Yaxşı olar ki, ustadlar bu kitabları tədris edərkən onların müəlliflərinin ruhi və mənəvi məqamları haqqında da danışsınlar və şagirdlər onları daha yaxşı tanısın.

Şeyx Ənsarinin məqamı çox ucadır. Mərcəlik məqamına çatdığı vaxt ona çoxlu pul gətirilirdi. Şeyxin yoldaşı hamilə idi. Qonşu qadınlar şeyxə təklif edirlər ki, yoldaşının doğuşdan sonra istifadə etməsi üçün bir qədər yağ alsın.

Şeyx Ənsari pullardan bir tümən götürüb yoldaşı üçün yağ almaq barədə düşünür. Bu an şeyxin fikirinə gəlir ki, əgər Nəcəf şəhərində din tələbələrindən birinin yoldaşı hamilə olsa onun yağ almağa bir tümən pulu olacaqmı?

Şeyx bu fikirlə geri qayıdır və pulu götürdüyü yerə qoyur. Həmin gecə ariflərdən biri yuxuda şeytanın möhkəm və rəngarəng iplər hazırladığını görür.

Soruşur: "Bunlar nədir?” Şeytan cavab verir: "Bu kəndirləri xalq üçün düzəltmişəm. Bunlar ilə xalqı şəhvət, rəyasət, məqam, pul və sair bu kimi tələlərə salıram.”

Bu an arifin gözü qırılmış qalın bir kəndirə sataşır. Şeytandan soruşur: "Bu nədir və kimin üçündür?”

Şeytan kədərli halda ah çəkib deyir: "Doqquz ay zəhmət çəkib bu kəndiri toxudum. Dünən gecə şeyx Ənsarinin boynuna atdım. Lakin o bir hərəkətlə kəndiri qırıb neçə aylıq zəhmətimi zay etdi.”

Bu şəxs yuxudan ayıldıqdan sonra şeyxin yanına gedib gördüklərini danışır. Şeyx Ənsari əvvəlcə ağlayır, sonra həmin bir tümən barəsində danışır. Şeyx bu tövfiqə görə Allaha təşəkkür edir.

Bizim rəngarəng tələləri olan xeyli düşmənlərimiz var. Peyğəmbərlər bizə bu barədə xəbərdarlıq etmişlər: "Rəyasət məhəbbəti, sadiq insanların düşüncəsindən uzaqlaşan axırıncı şeydir.”

Çünki insan xalqın ona hörmət etməsini, şəkillərinin nəşr olunmasını və ictimai ünvan sahibi olmasını istəyir. Bütün bu cazibələrdən qurtulub Allaha üz tutmalıyıq.

Bu qaçışın yüksək və ya ahəstə sürətlə olması bizi özünə tərəf çəkmək istəyən düşmənin qüvvəsindən asılıdır.

Psixologiyada deyilir: İnsanda gizli qüvvələr var. Təhlükə hiss etməyincə bu qüvvələr məxfi qalır. Bir çox hallarda özümüzün də bu qüvvələrdən xəbərimiz olmur.

Lakin güclü düşmən tərəfindən təqib olunarkən qaçıb qurtulmaq üçün bütün qüvvəmizi işə salırıq.

Kitabın adı: Münacatın əzəməti

Müəllif: Mishab Yəzdi
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930