Ayətullah Burucerdinin təvazökarlığı
Mьəllif: admin1
Tarix: 13-02-2018, 10:19
Ayətullah Burucerdinin təvazökarlığı
Ayətullah Burucerdi əsrimizin böyük dini alim və mərəclərindən biri idi. Onun fiqh, üsul, fəlsəfə elmindəki biliyi özünü dərc olunan müxtəlif kitablarda və əsərlərdə göstərmişdir.

Ayətullah Burucerdinin gözəl əxlaqı var idi. O, çox təvazökar bir insan idi. Bir gün dərsə gedəndə tələbələrdən biri ona yaxınlaşır və deyir ki, iqtisadi çətinlikləri çox olduğundan dərslərdə çətinlik çəkir.

Ağa da ona buyurur ki, dərsdən sonra mənə müraciət et. Bu mərcə müəlim masasının arxasına keçir və dərsi başladır.

Dərsdə söz azadlığı olduğu üçün tələbələr dərsə irad tutmağa başladılar. Hər birinə münasib cavab verir və həmin tələbə də dərsə görə sual verir.

Ayətullah Burucerdinin eşitmə qabiliyyəti zəif olur. Elə fikirləşir ki, həmin tələbə yenə də öz hacətini bildirmək istəyir.

Bir qədər əsəbi halda deyir: “Dedim dərsdən sonra”.

Tələbələr təəcüb edirlər. Onlardan biri ağaya deyir: “O, elmi sual verirdi və sualının cavabının yeri də elə buradır.

Dərsdən sonra deyildir”. Ağa başa düşür ki, düz başa düşməmişdir, dərsi bitirir və dərsdən sonra tələbələrin cəmləşdiyi yerə gedir. Həmin tələbəyə çatanda əlini o tələbəyə uzadır və həmin tələbə də ağanın əlini sıxır.

Qəflətən ağa əyilir və həmin tələbənin əlini öpür. Ondan üzr istəyir. Onu özü ilə evinə aparır və başqalarının gözündən uzaqda problemini həll edir. Hacətini yerinə yetirir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930