Adam olmaq istəyən şəxsə ayətullah Behcətin tövsiyəsi
Mьəllif: admin1
Tarix: 3-02-2018, 10:18
Adam olmaq istəyən şəxsə ayətullah Behcətin tövsiyəsi
Din alimlərdən biri nəql edir: “Bir neçə il əvvəl Ayətullah Behcətin xidmətinə getmişdim. Alimə dedim: "Mənə bir yol göstərin ki, adam olum." Ayətullah Behcət buyurdu: "Namazınızı əvvəl vaxt qılın". Ürəyimdə dedim ki, alim bizi öhdəsinə götürmədi. Çünki biz namazımızı həmişə əvvəl vaxtda qılırıq.

Bu macəradan bir il keçdi. Bir qonaqlığa getməli idim və həmin qonaqlıqda ağa Behcəti gördüm. Öz-özümə dedim ki, mən ağadan yenə soruşacağam ki, mənə yol göstərsin.

Alimin xidmətinə çatanda başqa insanlarla söhbət edirdi. Hələ bir şey deməmişdim ki, söhbətinin ortasında buyurdu: "Bəziləri bizə deyir ki, nə edim ki, adam olum. Ona deyirik ki, namazı əvvəl vaxtda qıl. Gedir və bir il sonra yenə gəlir. Öz-özünə deyir ki, hacıağa bizi öhdəsinə götürmədi. Ağadan yenə soruşacağam ki, nə edim? Bəndənin sözünə dəqiq qulaq asmayıb və yerinə yetirməyibdir. İndi isə yenidən sual vermək istəyir. Babacan! Cavab elə həmindir".

Həmin alim nəql edir: "Mən artıq bir söz demədim. Behcət ağa düz deyirdi. Mən namazlarımın bəzisini vaxtında qılmırdım. Ona görə də onu düzəltməyə çalışdım. Ancaq bu zaman təsəvvür etdiyim məqamlara çata bildim".



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930