Ayətullah Bürucerdini ağladan hədis
Mьəllif: admin1
Tarix: 17-06-2022, 11:01
Ayətullah Bürucerdini ağladan hədis
Ayətullah Seyid Mustafa Xansari deyir:

Bir gün Ayətullah əl-üzma Bürucerdinin görüşündə idik. Bir dəstə adam onun gördüyü işləri və xidmətləri alqışlayırdı.

Mən sakit oturmuşdum. Onlar mənə müraciət edərək dedilər: - Siz nə üçün sakitsiniz. Siz də fikrinizi bildirin.

Dedim: - Rəvayətdə gəlib: “Əməlini xalis et. Çünki onu yoxlayan çox agah və görəndir”. (“Biharul-ənvar”, c. 13, səh. 431.)

Bürucerdi ağa bunu eşidən kimi gözlərindən yaş süzüldü və halı dəyişdi. Sonra məclisdə onun işini alqışlayanlara üz tutub dedi: - Bəli, əgər qiyamətdə siz və mən olsam (yəni işlərimin xalisliyini yoxlayan olmasa), məsələ həll olmuşdur. Amma belə deyil.

“Əməlini xalis et. Çünki onu yoxlayan çox agah və görəndir”.

Ayətullah Bürucerdi ondan sonra hər vaxt məni görsəydi həmin hədisi yada salaırdı: “Əməlini xalis et. Çünki onu yoxlayan çox agah və görəndir”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930