QƏFLƏTİN ARADAN QALDIRILMASI
Mьəllif: admin1
Tarix: 21-01-2018, 10:54
QƏFLƏTİN ARADAN QALDIRILMASI
İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı

Qüdrət sahibləri üçün ən böyük bəla (onların əksərini fəsada, günaha, zülm-sitəmə, istismar və qətlə sürükləyən səbəb) özlərindən və necəliklərindən qəflətdir.

Əgər istənilən bir məqama yüksəlmiş hakim və qüdrət sahibi öz fiziki və mənəvi qüvvələrinin başqa bir mənbədən qaynaqlandığını bilsə, bütün bu imkanların əta edən varlıq tərəfindən istənilən bir anda geri alına biləcəyinə inansa, kimsəyə zülm etməz, savaş və tüğyan fikrinə düşməz.

Bu bəlaya diqqətsizlik göstərib Allahın əzəmətini və öz heçliyini anlamayan şəxsin azğınlığı hər an güclənəsidir. Zahiri məqam və taxta oturmuş Əli (ə) da özünə xitabən deyir: “Agah ol ki, nəyin varsa Ondandır və Ona doğrudur.”
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031