On iki imamın vahid varlıq həqiqəti
Mьəllif: admin1
Tarix: 26-05-2021, 22:08
On iki imamın vahid varlıq həqiqəti

İstənilən bir halda Əhli-beytin (ə) varlıq qaynağı Məhəmməd (s) nurudur.

Mötəbər kitablarda nəql olunmuş rəvayətlərə əsasən on iki imamın vəsfi bütün baxımlardan eynidir. Çünki onların hər biri həmin Məhəmməd (s) nurundan və həqiqətindəndir.

Bilməliyik ki, əziz Peyğəmbərin (s) vücudunda peyğəmbərlikdən əlavə də bir şey var. Həmin bu şey məsum imamlarda da özünü göstərmişdir. Onlar özləri buyurduqları kimi Allahın gözəl adlarıdır. Rəvayətdə buyururlar ki, and olsun Allaha, biz Allahın gözəl adlarıyıq.” (“Kafi”, 1-145)

Bu səbəbdən də bəşəriyyət onlara borcludur. Onların bəşəriyyətin boynunda haqları var. Bu haqları ödəmək vacibdir. “Kafi” kitabında məsumlardan belə rəvayət olunur:

“Dünya və onda olanlar Allah-təalanın, onun peyğəmbərinin və bizim ixtiyarımızdadır. Dünyada olanlardan nə əldə edilsə, ilahi təqvaya əməl olunmalı, Allahın haqqı ödənməli və qardaşlara yaxşılıq edilməlidir. Belə edilməsə, Allah, Onun rəsulu və biz üz çevirərik.” (“Kafi”, 1-408)

İstənilən bir halda Əhli-beytin (ə) varlıq qaynağı Məhəmməd (s) nurudur. O Əli (ə) və Fatimədə (s.ə.) tam cilvələnmişdir.

Əli (ə) və Fatimə (s.ə.) arasındakı əqd on bir məsumun zühuru ilə nəticələnmişdir. Həmin vaxtdan bəşəriyyətin hidayəti üçün onların adı, sayı bəyan olunmuşdur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930